Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycanın ən yaşlı sakini

Tarix 27.03.17, 3:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fiziologiya İnstitutunun apardığı tədqiqatlar nəticəsində Azərbaycanın ən yaşlı sakininin adı məlum olub.

“Report” xəbər verir ki, bu, hazırda Lənkəran rayonunun Gərmətük qəsəbəsində yaşayan 104 yaşlı Vəsmə Məmməd qızı Abbasovadır.

Şəxsiyyət vəsiqəsinə görə, Vəsmə Abbasovanın 104 yaşı var. Uzunömürlülər siyahısına başçılıq edən qadının 7 övladı, 25 nəvəsi, 27 nəticəsi, 5 kötücəsi var.

O, yaşının çox olmasına baxmayaraq doğmalarının hamısını yaxşı tanıyır. Özünü müstəqil idarə edən ağbirçək ev işlərini görməkdən qalmır. Gözləri zəiflədiyindən tikişlə məşğul olmaqda çətinlik çəkməsinə baxmayaraq, V. Abbasova heç vaxt yataq xəstəsi olmayıb və dərman preparatı qəbul etməyib.

O yalnız ildə 2 dəfə, həkimlərin nəzarəti ilə vitamin müalicəsi qəbul edir.

V. Abbasova nəsillərinin uzunömürlü olduğunu bildirib. Onun sözlərinə görə, anası 111 il, bacısı isə 91 il ömür sürüb.

Qeyd edək ki, Lənkəran rayonunun Gərmətük qəsəbəsinin digər sakini Kafiyə Babayeva da uzunömürlülər siyahısında yer alıb. 96 yaşı olan uzunömürlü qadın uzunömürlülüyün səbəbini zəhmətsevər həyat tərzini seçməsində və düzgün qidalanmaqda görür.

Onun sözlərinə görə, 15 yaşından 70 yaşına kimi kolxoz-sovxoz təsərrüfatında əmək fəaliyyəti ilə məşğul olub. Habelə çəltik, kartof, pomidor əkib-becərib. Kafiyə Babayeva hər səhər də süd içdiyini, duru xörəklərə daha çox meyl göstərdiyini bildirib.

Uzunömürlü qadın bu gün də evdə təsərrüfat işləri ilə məşğul olur, hətta təndirdə çörək bişirir.

Lənkəran rayonunda hazırda yaşı 90-ı keçənlərin sayı 107 nəfər təşkil edir.



Xəbərin oxunma sayı : 157




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap