Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycanın icmal büdcəsində kəsir yaranıb –Hesabat

Tarix 23.07.20, 11:00

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin altı ayında dövlət büdcəsinin mədaxili 12 022,7 mln. manat, xərcləri 11 730,8 mln. manat olmuş, 291,9 mln. manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

Maliyyə Nazirliyindən verilən məlumata görə, bu ilin altı ayında dövlət büdcəsinin mədaxili 12 022,7 mln. manat və ya proqnoza qarşı 338,2 mln. manat, 2,9% çox icra olub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4 005,4 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 326,6 mln. manat və ya 8,9% çoxdur. Həmin vəsaitin 72,4%-i və yaxud 2 899,5 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 367,7 mln. manat və ya 14,5% çoxdur.

2020-ci ilin altı ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 2019,3 mln. manat vəsait təmin edilıb ki, bu da proqnoza nisbətən 98,1 mln. manat və ya 5,1% çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar üzrə ödənişli xidmətlər və sair daxilolmalardan müvafiq olaraq 266,4 və 56,6 mln. manat vəsait büdcəyə daxil olub.

Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulmuş həcmdə, yəni 5 675 mln. manat vəsait transfert edilıb.

2020-ci ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 4211,7 mln. manat icra olunub.

2020-ci ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,9% və yaxud 11730,8 mln. manat icra edilıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 779,8 mln. manat və ya 7,1% çoxdur.

İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk altı ayında dövlət büdcəsi xərclərinin 42,5%-i və ya 4 984,4 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,1% və ya 1 030,7 mln. manat çoxdur.

2020-ci ilin altı ayında dövlət büdcəsi xərclərinin 8298,2 mln. manatı və ya 70,7%-i cari xərclərə, 2 551,9 mln. manatı və ya 21,8%-i əsaslı xərclərə, 880,7 mln. manatı və yaxud 7,5%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilıb.

2020-ci ilin ilk altı ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilıb.

Cari ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 6476,2 mln. manat icra olunub.

2020-ci ilin altı ayında dövlət büdcəsində 291,9 mln. manat profisit yaranıb.

Dövlət büdcəsinin profisitinin proqnoza qarşı artması əsasən dövlət büdcəsinə fiskal orqanları (Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi) tərəfindən gəlir proqnozların artıqlaması (424,7 mln. manat) ilə təmin edilməsi hesabına olub.

Cari ilin ilk altı ayında icmal büdcənin gəlirləri 12 370,5 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 222,9 mln. manat və ya 29,7% azdır. İcmal büdcənin xərcləri isə 12884,4 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 203,7 mln. manat və ya 10,3% çoxdur. İcmal büdcədə 513,9 mln. manat kəsir yaranıb/Report.



Xəbərin oxunma sayı : 790




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap