Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycanın ilk zəfər filmi çəkildi - VİDEO

Tarix 27.09.21, 19:27

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Televiziyasında Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə həsr olunmuş ikiseriyalı film istehsal olunub. “Beşatılan” adlı filmin hər seriyası 1 saat həcmindədir və bu, Azərbaycanın ilk zəfər filmidir.

Film beş dostun qəhrəmanlığı, torpaqlarımızın işğaldan azad olunması yolunda Şuşaya qədər getmələri, canlarını fəda edərək bayrağımızı Şuşada ucaltmalarından bəhs edir.

“Təki Vətən sağ olsun” deyən beş dost Azərbaycanın müxtəlif bölgələrindən - şimal, cənub, şərq, qərb və düşünən beyin, döyünən ürək timsalında olan Bakıdandır.

Bu beşlik rəmzi mənada “Beşatılan” adlanır. Düşmənin üstünə müasir texnika ilə hücuma keçsək də, sonda erməni qaniçəni keçmişin qisası kimi bu “Beşatılan”dan açılan güllə ilə vurulur. “Beşatılan” həm də beş barmağın “Dəmir yumruğ”a çevrilib düşmənin başını əzməsidir.

Film Azərbaycan Ordusunun, eyni zamanda, ideoloji cəbhədə də qazandığı uğurlardan bəhs edir. Çəkilişlər Tərtər, Gədəbəy və Masallı rayonu ərazilərində aparılıb.

Filmin ssenari müəllifləri Firudin Məhərrəmov, Nurəddin Ədiloğlu, quruluşçu rejissoru Elçin Məmiyev, quruluşçu operatoru isə Elşən Bədəlovdur. Filmdə baş rolları Elçin Məmiyev, Anar Şuşalı, Vaqif Kərimov, Əliqulu Səmədov, Lətifə Əliyeva, Flora Hüseynova, Fidan Axundova və s. ifa ediblər.

“Beşatılan”ın birinci bölümünə senytabrın 28-də saat 21:50-də, ikinci seriyasına isə sentyabrın 29-da saat 21:50-də “Mədəniyyət TV”də baxa bilərsiniz.

Filmi canlı olaraq “Mədəniyyət TV”nin Facebook səhifəsindən də izləyə bilərsiniz.






Xəbərin oxunma sayı : 586




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap