Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycanın məşhur və milyonçu “hacıları”: deputat, icra başçısı (SİYAHI)

Tarix 05.02.19, 23:13

Font ölçüsü : - / +
bitmap-img6


Qurani-Kərimdə buyrulur ki, İslamın 5 vacib şərti var və hər bir müsəlman bu şərtlərə əməl etməlidir. Bunlar Kəlməyi şəhadət, Namaz, Oruc, Həcc və zəkatdır. 

Həcc maliyyə vəziyyəti və səhhəti yerində olan möminlərə ömürlərində bir dəfə, Kəbəni ziyarət etməkdir. İzahatdan da göründüyü kimi, maddi durumu qaydasında olan və ətrafında ac adamlar olmayan möminlər Həcc ziyarətinə gedə bilər. Yəni burada da istisna var.

Ateizmin hökm sürdüyü sovetlər dönəmində digər postsovet ölkələrində olduğu kimi, Azərbaycanda da Həcc ziyarətinə getmək mümkünsüz qədər çətin məsələ idi. 
Ölkəmiz müstəqillik əldə etdikdən sonra isə hər il yüzlərlə soydaşımız Həcc ziyarətinə üz tutdu. Bu ziyarət o qədər populyarlaşdı ki, bəzi məmur və sahibkarlar özünü cəmiyyətə bu statusla təqdim etməyə başladılar. 

AZXEBER.COM Azərbaycanda məşhur və zəngin olan hacılarla bağlı araşdırma aparıb.

Cəmiyyətdə Hacı İbrahim ləqəbi ilə məşhurlaşan iş adamı İbrahim İbrahimov (Nehrəmli) "Avesta” şirkətinin prezidentidir. 
 

Ölkənin tikinti sektorunda böyük populyarlıq qazanmış Hacı İbrahimin qardaşları da cəmiyyətdə məşhurdur. Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov və ATV Teleradio Şirkətinin keçmiş prezidenti Tağı İbrahimov  bu sıradadır. Paytaxtdakı "Xəzər adaları” layihəsinin müəllifi olan Hacı İbrahimin və qardaşlarının biznes şəbəkələri son illər xeyli zəifləsə də, bir neçə illər öncəyə qədər ölkənin ən nüfuzlu sahibkarları sırasında yer alırdılar.

Cəmiyyətdə Hacı Madər ləqəbi ilə məşhurlaşan xeyriyyəçi Madər Musayev Milli Məclisin deputatıdır.
 

Hacı Madər eyni seçki dairəsindən beş dəfə ardıcıl deputat seçilən yeganə millət vəkilidir. 10 saylı Binəqədi üçüncü seçki dairəsini təmsil edən deputat nəinki Binəqədi rayonunda, Bakı kəndlərində xüsusi nüfuza malikdir. Bunun da əsas səbəbi Hacı Madərin hələ gənc yaşlarından ticarətlə məşğul olması, Bakı kəndlərinin sakinlərinə əl tutmasıdır. O, Prezident İlham Əliyevin sərəncamı ilə "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib.

Cəmiyyətdə Hacı Qalib ləqəbi ilə məşhurlaşan iş adamı Qalib Salahzadə Milli Məclisin sabiq deputatıdır.
 


Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin qudası olan Hacı Qalib digər "hacı həmkarları”ndan fərqli olaraq Kəbəni ən çox ziyarət edən məşhurdur. 30 dəfə Həcc ziyarətində olan Hacı Qalib 2010-2015-ci illərdə Sabunçu seçicilərini parlamentdə təmsil edib. Deputat olduğu müddətdə Sabunçunun icra başçısı Adil Vəliyevlə aralarında ciddi problem yaranıb. Bununla bağlı Hacı Qalibin özü də mətbuata dəfələrlə açıqlamalar verib. Son parlament seçkilərində iştirak etməyən keçmiş deputatın oğlu da həbs olunub.

Cəmiyyətdə Hacı Mazan ləqəbi ilə məşhurlaşan iş adamı Ramazan Zeynalov da Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin yaxın qohumudur.


Əslən Masallı rayonundan olan Hacı Mazan paytaxtda tikinti biznesi və digər sahələrdə fəaliyyət göstərən "Bayram M” Şirkətlər Qrupunun sahibidir. Gənc yaşlarında olduqca çətin həyat yaşayan Hacı Mazan deyilənlərə görə, həmin illərdə "Kamaz” sürücüsü işləyib. Sonradan öz şəxsi "Kamaz”larının sayını artırıb və xarici ölkələrə yükdaşınma xidmətini həyata keçirib. Sovetlər sisteminin çöküşündən sonra öz gəlirlərini əhəmiyyətli dərəcədə artıran Hacı Mazan sonradan Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə ilə yaxın qohum olub. Son dövrlər isə sahibi olduğu tikinti şirkətinin payçılarından birinə fiziki təzyiq göstərməsi ilə gündəmə gəlib.

Cəmiyyətdə Hacı İqbal ləqəbi ilə məşhurlaşan İqbal Məmmədov Milli Məclisin deputatıdır.


Lerik seçicilərini ali qanunverici orqanda təmsil edən Haci İqbal yolunu parlamentdən salana qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olub. İddialara görə, deputat hazırda da sahibkarlıq fəaliyyətini davam etdirir. Sadəcə bu işləri öz adı ilə deyil, yaxınlarının adı ilə rəsmiləşdirir. Çünki qanunvericilik deputatlara biznes fəaliyyəti ilə məşğul olmağı qəti şəkildə qadağan edir. "Kaspi Yıldız” və "Relax” şirkətlər qrupunun ona məxsus olduğu iddia olunur. Lerikdəki məşhur "Relax” İstirahət Mərkəzi bu qrupa aiddir.

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev də Həcc ziyarətində olunub və ona doğulub boya-başa çatdığı Masallı rayonunda "Hacı Əhəd” deyə xitab edirlər.


Uzun müddət Masallı seçicilərini ölkə parlamentində təmsil edən Əhəd Abıyev müxalifətə qarşı radikal çıxışları ilə seçilən deputatlardan olub. 2010-cu ilin parlament seçkilərində namizədliyini Suraxanı rayonundan irəli sürsə də, bu dəfə deputat seçilə bilməyib. Bir müddət işsiz qalsa da, sonradan Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Qardaşı Hacı Nadir Abıyev Masallı rayon İcra Hakimiyyətinin başçısının birinci müavinidir. 

Azərbaycan şou-biznes məkanında ən çox tanınan "Hacı” isə Hacı Ramizdir. Paytaxtın ən böyük səhiyyə ocaqlarından olan – "Grand Hospital” ona məxsus olub. Sonradan bu hospital adını dəyişərək "Ege Hospital” qoyub. "Rebrendinq”dən sonra "Ege” hospiatlın ona məxsus olub-olmadığına air dəqiq məlumat yoxdur. 







Xəbərin oxunma sayı : 514




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap