Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycanın məşhur zavodu satışa çıxarıldı

Tarix 17.07.17, 18:52

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan Beynəlxalq Bankı”na kredit borcu olduğuna görə, girov götürülmüş “Bakı Fındıq Emalı” müəssisəsi satışa çıxarılıb

 Müəssisəni, Beynəlxalq Bankın toksit aktivlərini iadrə edən "Azərkredit" hərraca çıxarıb.

Hərrac yolu ilə satılacaq müəsisəsinin satış qiyməti 37 milyon 744 min manatdır.

Hərracı udmiş şəxs alış qiymətindəki məbləği sifarişçi təşkilatın hesabına köçürməlidir. Açıq hərrac 15 Avqust 2017-ci il tarixində keçiriləcək.
"Bakı Fındıq Emalı" müəssisəsi (“BakFem” MMC) 1996-cı ildən fəaliyyət göstərir və Azərbaycanda fındıq emalı ilə məşğul olan ən iri müəssisələrdən biridir.

"BakFem"in direktoru işləmiş Azad Cavadov məhkəmədə bildirmişdi ki, müəssisə Beynəlxalq Bankdan ümumilikdə 60 milyon manat kredit götürüb: "Kredit istehsalın genişlənməsinə sərf olunub, Beynəlxalq Bank da bu işə nəzarət edib.Burada heç bir mənimsəmə yoxdur. Müqaviləyə əsasən, borc ödənilməzsə, bütün hallarda müəssisə bankın girovluğunda idi. Zavod sonra "Aqrar Kredit" QSC-nin nəzarətinə keçib".

Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən müəssisənin  tərkibində 4 mərtəbəli ofis binası, fındıq çeşidləmə, fındıq pasta istehsalı, fındıq qovurması, qablaşdırma, anbar sahəsi və digər inzibati sahələr vardır.

“Bakfem”in mövsüm ərzində tam fındıq emalı üçün nəzərdə tutulmuş 1000 ton  istehsal gücünə malik, Türkiyə və Belçikada istehsal olunmuş istehsal xəttləri və avadanlıqları mövcuddur.  Müasir  avadanlıqlarla təchiz olunan sınaq laboratoriyası vasitəsi ilə  xammal və hazır məhsulun keyfiyyətinə nəzarət həyata keçirilir.  

Müəssisənin Xaçmaz, Qusar, Oğuz, Qax, Zaqatala və Balakəndə 1681 hektar torpaq sahəsi, bölgələrdə 7 fındıq emalı sexi var.

Cəmiyyətin ümumi istehsal gücü: minimum 5.000 ton qabıqlı fındıq xammalını emal edərək ondan 1800 - 2000 ton fındıq ləpəsi və digər fındıq məhsulları (hazır məhsul çıxışı 36-40% civarında mövsümdən asılı olaraq dəyişə bilir) əldə oluna bilər.Cəmiyyət İSO 9001-2008 və İSO 22000 - 2005 beynəlxalq standartlara uyğun sertifikat sahibdir. İstehsal olunmuş məhsulları istər yerli və xarici (Rusiya, Ukrayna, İtaliya, Almaniya) bazarlarda satılır. (marja)



Xəbərin oxunma sayı : 490




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap