Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Azərbaycanın növbəti diplomatik qələbəsi

Tarix 14.10.24, 20:00

Font ölçüsü : - / +
bitmap-img6


 Laçın şəhərinin sürətli dirçəlişi, inkişafı hər zaman ürəyimizdə daşıdığımız ümidin əbəs olmadığının bariz nümunəsidir. Laçınlılar heç zaman inamlarını itirmədilər və bu gün isə inamlarının bəhrəsini görürlər. Belə ki, üzun illər erməni işğalında qalan və Vətən müharibəsində azad edilən Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq.
 
Azərbaycanın bütövlüyündə alınmaz qalaya çevrilən Laçının MDB ölkələrinin mədəniyyət paytaxtı seçilməsini ölkəmizin növbəti qələbəsi adlandırmaq olar. Haqlı olaraq Laçın şəhəri sivilizasiya və mədəniyyət beşiyi sayılır.
      
Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı seçilməsi eyni zamanda Ermənistanın beynəlxalq arenada növbəti məğlubiyyətidir. Belə ki, bir sıra erməni ekspertlər, müxalifət nümayəndələri və tanınmış ictimai-siyasi şəxslər MDB dövlət başçılarının iştirak etdiyi mötəbər qurumun belə bir qərar qəbul etməsini Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın və konkret olaraq Paşinyanın məğlubiyyəti kimi qiymətləndirirlər. Əslində burada böyük həqiqət payı vardır.
      
Laçının MDB-nin mədəniyyət paytaxtı statusu alması iqtisadi baxımdan da əhəmiyyətlidir. Belə ki, bu şəhərə turistlərin marağı artacaq və ora səfər edəcək əcnəbilərin sayı artacaq. Xüsusi ilə estafedin qardaş ölkə Özbəkistanın Səmərqənd şəhərindən Laçın şəhərinə keçməsini ayrıca türk dünyasının bir uğuru olaraq da qələmə vermək olar.
      
Bu günü görə bilmədən minlərlə insan dünyasını dəyişib. Onların bir qisminin ölümünə səbəb elə Laçınsızlıq dərdi olub. İşğal altında keçən 30 il ərzində laçınlılar çox böyük əziyyətlər çəkiblər. Ağır həyat yaşayıblar. Rahat evlərindən didərgin salındıqdan sonra şəraitsiz yerlərdə ağır sosial-iqtisadi vəziyyət içərisində ömür sürüblər. Bütün bunlara baxmayaraq bu gün Laçın nəinki azaddır, eyni zamanda Laçınlılar böyük sevinc içərisindədirlər. Çünki bu şəhər artıq yalnızca Azərbaycanda deyil, bütün MDB məkanında öz gözəlliyi və önəmi ilə özündən söz etdirəcəkdir.
     
 Bu günü bizə yaşadan Ali Baş Komandan cənab İlham Əliyevə, şəhidlərimizə, Azərbaycan Ordusuna, qazilərimizə ürəkdən təşəkkür edirik. Şəhidlərimizin önündə hörmətlə baş əyirik. Qazilərimizə də Allahdan şəfa diləyirik. Onlar canları, qanları bahasına torpaqlarımızı işğaldan azad etdilər. Onların sayəsində bu yerlər azad olunaraq dünyaya ən gözəl şəkildə tanıdılır.

Oktay Mehdiyev



Xəbərin oxunma sayı : 511




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap