Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycanın olimpiadaya qazandığı lisenziyaların sayı 17-yə yüksəlib – SİYAHI

Tarix 06.09.18, 2:52

Font ölçüsü : - / +
bitmap-img6


Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına Azərbaycanın qazandığı lisenziyaların sayı 17-yə yüksəlib.

Milli Olimpiya Komitəsindən verilən məlumata görə, lisenziyalar 9 idman növü üzrə əldə edilib.

Hələlik olimpiadaya üzgüçü Fatimə Alkərəmova (bütün yarış növləri), stolüstü tenisçi Ninq Jinq və Yu Xinhanq, taekvondoçular Minayə Əkbərova (44 kq) və Cavad Ağayev (63), boksçular Nurlan Səfərov (60 kq) və Nicat Həsənov (69 kq), sərbəst güləşçilər Turan Bayramov (65 kq) və Şəhanə Nəzərova (43 kq), gimnastlar Yelizaveta Luzan və Səməd Məmmədli, cüdoçular Vüsalə Kərimova (44 kq) və Vüqar Talıbov (66), ağırlıqqaldıranlar Tamerxan Babayev (85 kq) və Lalə Rzazadə (58 kq), atletlər Rüstəm Məmmədov və Fəxriyyə Tağızadənin yollanacağı rəsmiləşib.

Mayın 31-də “Report”un sorğusuna cavab olaraq, MOK-dan təqdim edilən siyahı ilə müqayisədə idmançıların sayı artsa da, bəzi dəyişikliklər baş verib. Bədii gimnast Dərya Fərşbafşahriyari Yelizaveta Luzanla əvəzlənib. Üzgüçü Alsu Bayramova isə siyahıdan çıxarılıb.

MOK-dan buna səbəb olaraq, bildirilib ki, Fərşbafşahriyarinin əvəzlənməsi Azərbaycan Gimnastikafederasiyanın qərarıdır. Alsu Bayramovanın siyahıdan çıxarılması isə üzgüçülükdə nailiyyətləri zəif olan ölkələrə Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 1 yer verilməsi ilə əlaqədardır.

Qeyd edək ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunları 6 – 18 oktyabrda təşkil olunacaq.



Xəbərin oxunma sayı : 202




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap