Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycanın qələbəsi Türkiyədə coşqu ilə qeyd edilir - Malatyada konsert, Bursada nəhəng bayraq...

Tarix 13.11.20, 11:55

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan ordusunun Qarabağda qazandığı böyük qələbə qardaş Türkiyədə də geniş bayram edilməkdədir. 

Virtualaz.org xəbər verir ki, bu savaş günlərində bütün imkanları ilə Azərbaycana dəstək verən Türkiyənin müxtəlif regionlarında qələbə münasibətilə şənliklər, yürüşlər keçirilməkdədir.

Belə ki, Malatya Böyükşəhər Bələdiyyəsinin Mədəniyyət idarəsi tərəfindən Qarabağın erməni işğalından qurtarılması ilə bağlı şəhərin Soykan Meydanında böyük konsert təşkil edilib. Konsertdən əvvəl bələdiyyə başqanı Selahettin Gürkan vətəndaşlara Türkiyə və Azərbaycan bayraqları paylayıb. Daha sonra bələdiyyənin Mehtər qrupu Soykan Meydanında toplaşanlar qarşısında çıxış edib.

Konsertə toplaşanlar qarşısında çıxış edən Selahettin gürkan deyib ki, Qarabağ torpaqları 28 il sonra əsl sahiblərinə geri qayıtdı. “Qələbəmiz Azərbaycan və Türkiyəyə xeyirli , uğurlu olsun. Şair demişkən: “Qafqazlardan aşacağıq, Türklüyə şan qatacağıq, Şanlı Türkün bayrağını, Qarabağda asacağıq”. 28 il əvvəl ermənilər bu torpaqları işğal edərək 1 milyona yaxın azərbaycanlının öz ev-eşiyindən didərgin düşməsinə səbəb olmuşdu. Artıq bıçaq sümüyə dayanmışdı və Azərbaycan ordusu hücum edərək bu torpaqları geri aldı. “Biz bir millət, iki dövlətik” deyimində ifadə olunduğu kimi Türkiyə Cümhuriyyəti dövləti və prezidentimiz də hər zaman Azərbaycanın yanında olduğunu açıq şəkildə dünya millətlər cameəsinə bəyan etdi”,-bələdiyyə başqanı deyib.


Gürkan çıxışında bildirib ki, Malatyada Mehtər qrupunun bu konserti ilə bütün Türkiyəyə və dünyaya Azərbaycanın qələbəsini çatdırırlar. “Buradan bildiririk ki, türkə kəfən biçmək asan deyil. Türkə kəfən biçənin ölümü qorxunc olar, uzun çəkməz. Biz millətimizin tarixi ilə nə qədər öyünsək də azdır. Təmənnamız və diləyimiz odur ki, biz sülhün elçiləririk. Savaşın elçiləri deyilik, amma qazi Mustafa Kamal Atatürkün dediyi kimi “Savaş məcbur olmadığı müddətdə cinayətdir”. Dolayısı ilə vətən torpaqlarının hər qarışı bizim üçün müqəddəsdir, dəyərlidir”,- o deyib.

“Allah Azərbaycanımızı daim müzəffər etsin. Milli sərhədlərimiz içərisində heç bir təcavüzə icazə verməyəcəyimizi də buradan bəyan edirəm. Malatyadan Azərbaycan dövlətinə, azərbaycanlı qardaşlarımıza bunu çatdırmaq istəyirik. Türkiyə dövləti və Malatya can qardaşlarının yanındadır. Biz tək ürəyik, tək millətik”,-Gürkan əlavə edib.

Azərbaycanın qələbəsi Bursa da qeyd edilib. Orada yaşayan azərbaycanlılar nəhəng Azərbaycan bayrağı ilə yürüş ediblər. Bursa Uludağ Universiteti Azərbaycan İncəsənət və Mədəniyyət Cəmiyyəti tərəfindən təşkil edilən yürüşdən sonra şəhərin mərkəzi meydanında toplaşan izdiham şüarlarla qələbə coşqusunu ifadə ediblər.





Xəbərin oxunma sayı : 799




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap