Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycanın qeyri-neft ixracı 11%-dən çox artıb – HESABAT

Tarix 31.03.21, 12:53

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ixracı 2,8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 331,3 mln. dollar təşkil edib.

AzFakt.com “APA-Economics”-ə istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi hesabat yayıb.

Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 33,6 mln. dolları və ya 11,3% artıb.

2021-ci ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (37,1 mln. dollar) birinci olub. Bu siyahıda qızıl (34,4 mln. dollar) ikinci, xurma isə (27,9 mln. dollar) üçüncü yerdə qərarlaşıb.

2021-ci ilin yanvar-fevral ayı ərzində Türkiyəyə 106,9 mln. dollar, Rusiyaya 85,5 mln. dollar, İsveçrəyə 35,2 mln dollar, Gürcüstana 28,3 mln. dollar və ABŞ-a 13,2 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2021-ci ilin fevral ayında qeyri-neft sektoru üzrə ixrac 185,2 mln. dollar təşkil edib. Bu ilin fevral ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (54,1 mln. dollar) birinci yerdə qərarlaşıb. Bu siyahıda Rusiya ikinci (42,7 mln. dollar) və İsveçrə üçüncü (25,1 mln. dollar) olub.

2021-ci ilin fevral ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (24,7 mln. dollar) birinci, pambıq mahlıcı (22,7 mln. dollar) ikinci və elektrik enerjisi (15,7 mln. dollar) üçüncü olub.

Bu ilin ilk iki ayı ərzində meyvə-tərəvəz ixracı 70,5 mln. dollar, pambıq lifi ixracı 37,4 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 27,7 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 6,3 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 14,6 mln. dollar, pambıq ipliyi ixracı 6,9 mln. dollar, spirtli və spirtsiz içkilərin ixracı 1,9 mln. dollar, şəkər ixracı 4,9 mln. dollar, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 3,9 mln. dollar, çay ixracı isə 1,4 mln. dollar təşkil edib.



Xəbərin oxunma sayı : 337




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap