Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycanın sabiq kürəkəni belə güllələndi - VİDEO + Fotolar

Tarix 18.10.18, 19:18

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Azərbaycan baş nazirinin keçmiş müşaviri Musa Məmmədovun kürəkəni, türkiyəli iş adamı Mustafa Erkin Karamana silahlı hücuma olub.  İş adamı İstanbulda lüks avtomobili ilə hərəkət edərkən naməlum şəxslər tərəfindən güllə atəşinə tutulub.

Atəş nəticəsində 5 güllədən 2-si ona dəyib. Məlumata görə, biznesmen ərazidən yaralı halda uzaqlaşıb, daha sonra təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən A.Ç və M.A.M saxlanılıb. Onlar 1 tapança və 2 ov tüfəngi ilə saat 04.00 sıralarında tutulub.
Hadisənin törədilməsi anı kameralara əks olunub.


Qeyd edək ki, iş adamı Mustafa Erkin Karaman 2012-ci ildə Azərbaycan baş nazirinin keçmiş müşaviri Musa Məmmədovun qızı Günel Məmmədova ilə Çırağan Sarayında evlənib. Azərbaycan Respublikası Prezidentinin Müvəkkili Musa Salam oğlu Məmmədov 1992-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib. O, həmçinin kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Respublikanın əməkdar aqronomu, iqtisad elmləri doktoru, Dövlət mükafatı laureatı, ölkədə aqrar sənaye sahəsində və kənd təsərrüfatının inkişafında böyük xidmətləri olan əmək veteranıdır.

İnam Kərimov Kənd Təsərrüfatı Naziri vəzifəsinə təyin edildikdən sonra onun xahişi ilə təcrübəsindən yararlanmaq qərarı verib. 87 yaşlı Musa Məmmədov hazırda nazirlikdə bitkiçilik və pambıqçılıq sahəsində mütəxəssis kimi çalışır.

Türkiyədə kürəkəni güllələnən Musa Məmmədovu
Türkiyədə kürəkəni güllələnən Musa Məmmədovu

Yaxınlarının Unikal.org-a verdiyi məlumata görə, son on ildə Musa Məmmədov iki oğlunu itirib. Bir qızı isə Türkiyədə ailəlidir. Musa Məmmədov müalicələri üçün mütəmadi olaraq Türkiyəyə gedir. Hazırki hadisədən isə xəbəri yoxdur.

mms6
1539851877_5bc84354ac5ca_musa





Xəbərin oxunma sayı : 622




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap