Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri insult keçirib –Həkim nəzarətindədir

Tarix 14.09.18, 17:11

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Namiq Abbasovun səhhətində ciddi problem yaranıb.

Bu barədə Modern.az-a sabiq nazirin yaxınları məlumat verib. Məlumata görə, eks-nazir insult keçirib. “Bir neçə ay olar ki, Namiq Abbasovun səhhətində müəyyən problemlər yaranmışdı. Sonradan insult keçirdiyi bəlli oldu. Bir müddət həkimlərin ciddi nəzarəti altında qaldı, amma hazırda səhhəti normaldır”,-sabiq nazirin yaxınları bildiriblər.

Qeyd edək ki, Namiq Abbasov 22 fevral 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.




Xəbərin oxunma sayı : 466




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap