Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycanın sement nəhəngləri ağır durumda

Tarix 02.01.17, 2:51

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın iri sement şirkətləri olan “Norm” və “Holcim” şirkətləri ağır durumdadır. 

 Maliyyə hesabatlarına görə, manatın dəyərsizləşməsi təkcə iki zavoda 133,7 milyon manta ziyan vurub. Bu, onların ümumi satış dövriyyəsinin 72 faizi qədərdir.

Ölkənin ən iri sement istehsalçısı olan «Norm» MMC (illik istehsal gücü 2 milyon tondur) audit olunmuş maliyyə hesabatını istimaiyyətə açıqlayıb. Şirkət manatın dollara nisbətdə zəifləməsindən, ötən il 45 milyon manat zərərə düşüb. Onun bazardakı ən ciddi rəqibi - «Holcim (Azərbaycan)» ASC isə manatın devalvasiyasından ilboyu 89,7 milyon manat itirib. Şirkətlərin toplam zərəri 128 milyon manat olub. Hər iki şirkət builki maliyyə durumu barədə məlumatı açıqlamayıb.

Digər iri sement istehsalçılarının - «Akkord» korporasiyasının Qazax sement zavodunun və «Garant Holding» MMC-nin «Garant İnşaat Sənaye» şirkətinin maliyyə hesabatları açıqlanmır.

Diqqətçəkən məqamlardan biri də 2015-2016-cı illərdə sementin satış qiymətində ciddi artımın baş verməməsidir. Əksinə, 2015-ci ilin yanvarındə bir kisəsi (50 kq), orta hesabla, 7 manat 72 qəpiyə satılan sement bu il dekabrın əvvəlində 6 manat 42 qəpiyə təklif edilib. Başqa sözlə, qiymət təxminən 17 faiz ucuzlaşıb.

Hökumət ölkədəki iqtisadi böhranın daha çox inşaat bölməsinə təsir göstərdiyini bildirir. Elə statistik rəqəmlər də bunu təsdiqləyir. Bu ilin 11 ayında ölkədə 2 milyon 130,8 min ton – ötən ildəkindən 14,6 faiz az sement istehsal olunub. Bu dövrdə ölkəyə 371,4 min ton (azaılma 15,4 faiz) sement klinkeri və hazır sement gətirlib.

Hökumət bildirir ki, gələn ildən iqtisadi tənəzzülün qarşısını almaqdan ötrü tikinti sektorunun inkişafını daha çox dəstəkləyəcək. Söhbət sosial evlərin, Bakıda qəzalı yaşayış binalarının yerində yeni çoxmərtəbəli binaların tikintisindən gedir. Güman edilir ki, bu yolla tikinti materiallarına tələbatı artırmaq mümkün olacaq. (“Azadlıq” radiosu)



Xəbərin oxunma sayı : 379




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap