Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Azərbaycan oliqarxları milyonları hansı ölkəyə daşıyır? – TƏFSİLAT

Tarix 03.04.17, 3:33

Font ölçüsü : - / +
bitmap-img6


Qanunvericiliyə görə, istənilən şəxs Avropa ölkələrində ev almaq hüququna malikdir. Lakin bu, daşınmaz əmlakın bütün növlərinə aid deyil – Avropa ölkələrinin bəzilərində, məsələn, Bolqarıstan və Slovakiyada torpaq almağa qadağa var.

Onu da qeyd edək ki, son zamanlar xarici turistlərin Bakıda və bölgələrdə daşınmaz əmlaka marağı artıb. Xüsusən ərəb ölkələrindən gələnlər və İran vətəndaşları Bakıda mənzil almağa üstünlük verirlər. Həmçinin aldığımız məlumatlara görə, ərəblər ov etmək üçün əlverişli olan Hacıqabulda, Qəbələdə və digər bölgələrdə torpaq və ev alırlar.

AzFakt.com xəbər verir ki, bu məsələlərə münasibət bildirən daşınmaz əmlak bazarı üzrə ekspert, iqtisadçı Ramil Osmanlı “Yeni müsavat”a bildirib ki, burada müxtəlif səbəblər var: “Təbii ki, ən aktual səbəb Azərbaycanda daşınmaz əmlaka qoyulan investisiyanın likvitliyinin aşağı olmasıdır. Azərbaycanda daşınmaz əmlaka yatırılan investisiyalar artıq səmərəli deyil. Gəlir gətirmək imkanları o qədər yüksək deyil. Risklər həddindən artıq çoxdur. Həm hüquqi risklər, həm iqtisadi risklər var. Əmlakın dövlət ehtiyacların üçün alınması kimi problemlər, şəhərsalma ilə bağlı söküntülər və sair. Eyni zamanda mövcud makroiqtisadi vəziyyətin geriləməsi nəticəsində Azərbaycanda, xüsusilə kommersiya obyektlərinin gəlirliliyinin aşağı düşməsi, iqtisadi aktivliyin azalması da insanları daşınmaz əmlak bazarına yatırım etməkdən çəkindirən amillər sırasındadır. Bu səbəblərlə yanaşı, ölkənin maliyyə bazarında baş verən proseslərin də təsiri var. İki ildir ki, biz bu mövzuda danışırıq. Azərbaycanda vətəndaşlar əmanətlərini banklardan geri çəkirlər. Amma onu heç bir yerə yatırmırlar, nağd pul formasında dollarla əllərində saxlayırlar. Yeganə olaraq SOCAR istiqrazlarını çıxmaq şərtilə (o da qismən), hökumət ölkədə həmin vəsaitlərin iqtisadiyyata cəlb edilməsi baxımından hər hansı bir addım atmır. Həmin vəsaitlərin iqtisadiyyata yönəldilməsi üçün Azərbaycanda ən vacib olan məqam manatın öz real bazar dəyərini tapmasıdır. Nə qədər ki, manat real bazar dəyərini tapmayıb, bu problemlər davam edəcək”.

Ərəblərin və İran vətəndaşlarının Azərbaycanda daşınmaz əmlak bazarına yatırım etməsinə münasibət bildirən Ramil Osmanlı bunun kütləvi xarakter daşımadığını vurğuladı: “Xarici vətəndaşların Azərbaycanda torpaq almasına qanun icazə vermir. O baxımdan mən inanmıram ki, hansısa xarici vətəndaş Azərbaycanda mənəvi bağlılığı olmayan adamın adına böyük məbləğdə investisiya qoyub əmlak alsın. Bu inandırıcı məlumat deyil, sadəcə, spekulyasiyadır. O ki qaldı binada mənzil almaq məsələsinə, bu kimi faktlar hər zaman olub və bu gün də var. Əvvəl Gürcüstan vətəndaşı olan azərbaycanlılar paytaxtdan mənzil alırdılar. Son illərdə İran vətəndaşlarının Azərbaycana axını müşahidə olunur. Ancaq hesab etmirəm ki, bu kütləvilik daşıyır. İndiki şəraitdə Azərbaycanda daşınmaz əmlak bazarında əsaslı bir dəyişikliyə gətirib çıxaran yenilik yoxdursa, xarici vətəndaşların mənzil almasının kütləvi xarakter daşıyacağını güman etmirəm”.

Ekspert hesab edir ki, xarici vətəndaşların Azərbaycanda torpaq sahibi olmasını qadağan edən qanuna dəyişiklik edilərsə, bu, iqtisadi baxımdan sərfəli ola bilər, ancaq dövlət maraqları baxımından yox: “Bu, iqtisadi baxımdan faydalı bir dəyişiklik olsa da, mən bunun tərəfdarı deyiləm. Belə olan halda İran kimi ölkələr Azərbaycan torpaqlarının yarısını pulla alarlar. Ona görə də mənim bu məsələdə mövqeyim fərqlidir. Xarici vətəndaşlar Azərbaycanda torpaq sahələrini yalnız bir illiyə icarəyə götürə bilərlər. Bundan daha artıq müddətə torpağı icarəyə götürməyə qanunvericilik icazə vermir”.



Xəbərin oxunma sayı : 1279




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap