Nigar Camaldan heyranedici hərəkətlər - VİDEO Xatirə İslamdan dərin sinə dekoltesi - FOTO Roza əməliyyat etdirməyib, təbiidir - Özü deyir (VİDEO) “Keçmişlərini unudublar“ - Afaq Gəncəli
Axtar
 
  • / Maqazin / — 29 Noyabr 2021

    Nigar Camaldan heyranedici hərəkətlər - VİDEO

  • / Maqazin / — 25 Noyabr 2021

    Xatirə İslamdan dərin sinə dekoltesi - FOTO

  • / Maqazin / — 19 Noyabr 2021

    Roza əməliyyat etdirməyib, təbiidir - Özü deyir (VİDEO)

  • / Maqazin / — 04 Noyabr 2021

    “Keçmişlərini unudublar“ - Afaq Gəncəli

  • / Maqazin / — 01 Noyabr 2021

    “Anasına bax, qızını al“ - Fotolar

  • / Maqazin / — 24 Oktyabr 2021

    “Onu görəndə utanırdım“ - İlk məhəbbətindən danışdı

Azərbaycan Ordusu Ağdamda - Rayon Ordumuzun nəzarətinə keçib! (VİDEO)

Tarix 19.11.20, 22:05

Font ölçüsü : - / +
bitmap-img6


Aran Qarabağın vaxtilə ən böyük şəhəri olan Ağdam noyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçib. 

Bu barədə sosial şəbəkələrdəki məlumatlardan və hərbi qulluqçuların çəkdikləri videolardan məlum olub. Videogörüntülərdə zirehli avtomobillər qafiləsinin Ağdam istiqamətində hərəkət etdiyi görünür. Sabah bununla bağlı rəsmi açıqlamanın olacağı gözlənilir.

Artıq hərbçilərimiz Ağdamın şəhər viranələrini və şəhərin yarıdağılmış vəziyyətdə olan mərkəzi məscidinin görüntülərini paylaşıblar. Ermənilər bu məsciddən donuz damı kimi istifadə edirdilər.

Xatırladaq ki, 9 noyabr tarixli sazişə əsasən, Ermənistan qoşunları Ağdam rayonunu noyabrın 20-nə qədər boşaltmalıdırlar.

Ağdam 1993-cü ilin iyulunda ermənilər tərəfindən işğal edilib və işğal edilmiş ərazilərdə bütün digər yaşayış məntəqələri kimi, tamamilə məhv edilib.

150 min əhalisi olan bu şəhər həmişə Azərbaycanın ən zəngin və firəvan şəhərlərindən biri olub. Şəhər regionda strateji mövqeyə sahibdir və Dağlıq Qarabağın üç rayonuna – Xocavənd (Martuni), Əsgəran və Ağdərə (Mardakert) rayonlarına çıxışı var. Ağdam Dağlıq Qarabağın inzibati mərkəzindən – Xankəndindən (Stepanakert) cəmi 25 km məsafədə yerləşir.

Bu gün Azərbaycanlılar 27 illik işğaldan sonra bu rayona qayıdıblar. Amma son 5 gün ərzində ermənilər bu rayonda, ilk növbədə ermənilərin işğaldan sonra məskunlaşdıqları kəndlərdə olan bir çox obyekti yandırıblar. (Turan)





Xəbərin oxunma sayı : 1897

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda