Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir

Tarix 07.03.21, 15:11

Font ölçüsü : - / +
bitmap-img6


Sentyabrın 27-də əks-həmlə ilə başlanan və daha sonra Vətən müharibəsi kimi xarakterizə edilən İkinci Qarabağ müharibəsi cəmi 44 gün çəkdi və işğalçı Ermənistanın kapitulyasiyası ilə sona çatdı. Nəticədə, 10 noyabr tarixi ölkəmizin şanlı tarixinə qızıl hərflərlə daxil oldu. 

Azərbaycan xalqının birliyi, Müzəffər Ali Baş Komandanın dəmir iradəsi, sarsılmaz qətiyyəti, Şanlı Ordumuzun qüdrəti və qəlbi vətən eşqi ilə dolub-daşan nəfərləri, eləcə də hər bir azərbaycanlının monolit birliyi sayəsində Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində zəfər qazandı. 

Tarixi Qələbəmizdən danışarkən bir sıra mühüm amillər mütləq vurğulanmalıdır. Belə ki, bu qələbədə ən böyük pay sahibi verilən hər bir əmri canı bahasına yerinə yetirən, gücü- qüdrəti ilə tarix yazan Azərbaycan əsgəri idi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etdi. Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Şübhə yoxdur ki, Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaqdır.

Qələbəmizin tarixi əhəmiyyəti, xalqımızın taleyində rolu, 44 günlük Vətən müharibəsinin və şanlı Zəfərimizin ölkəmiz və regionumuz üçün nəticələri bütün istiqamətlər üzrə təbii olaraq araşdırılmalı və təhlil edilməlidir. 30 ildən də bir qədər artıq müddətdir ki, inşa edilmiş istehkamları yarıb keçən Azərbaycan Ordusunun əks-hücum əməliyyatları hərb tarixi üzrə mütəxəssislər tərəfindən öyrənilməlidir. Bu Qələbə ölkəmizin gələcək inkişafına, daha da qüdrətlənməsinə, çiçəklənməsinə, vətəndaşlarımızın rifah halının daha da yüksəlməsinə töhfələr verəcəkdir.

Qeyd etmək istərdim ki, qazanılan uğurların ən başlıca səbəblərindən biri də Azərbaycan Respublikanın Prezidenti, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası idi. Son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahlarla, düşmənin ağır texnikasını və canlı qüvvəsini darmadağın edən pilotsuz uçuş aparatları ilə ordumuzun tamamilə modernləşdirilməsi Azərbaycanda ordu quru¬culuğu istiqamətində görülən ciddi tədbirlərin kiçik bir hissəsidir.

Bəli, bu dövrün tələbi idi. Bu, torpaqları işğal altında olan ölkənin özünü müdafiə üçün qarşısına qoyduğu hədəf idi. Məhz elə buna görə də Azərbaycan Silahlı Qüvvələrinin hazırda dünyanın ən güclü 50 ordusundan biri olması təəccüblü deyil. Son bir neçə ilin statistika¬sına nəzər salsaq görərik ki, ölkəmiz müasir silahlanmaya görə, Avropada 2-ci, dünyada 3-cü yerdə qərar tutub. Şübhəsiz ki, bütün bu uğurlar dövlətimizin başçısının həyatakeçirdiyi məqsədyönlü ordu quruculuğu siyasəti sayəsində mümkün olmuşdur.

Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9- dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayo¬nun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi. Yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşanın azad edilməsi əməliyyatı isə sözün əsl mənasında Azərbaycanın hərb tarixinin ən parlaq səhifəsi olaraq yaddaşlara həkk olundu. Şuşanın azad edilməsi əməliyyatı öz başına bir tarix, bir dastan mahiyyətindədir. Heç bir şübhə yoxdur ki, bundan sonra illərcə Azərbaycanın hərb strategiyası məktəblərdə öyrəniləcək və tədqiq olunacaqdır. Ancaq unutmaq olmaz ki, müharibə sadəcə silah- sursatla aparılmır. Müharibəni aparan və qazanan əsgərlər, zabitlərdir. Azərbaycan-Ermənistan arasındakı bu müharibədə isə insan amili gözə daha çox batdı. Azərbaycan əsgərinin mənəvi hazırlığı ilə erməni əsgərinin hazırlığı arasında müqayisəyə gəlməz fərq var idi. Bunu hətta erməni yönümlü dövlətlər və medialar da etiraf etmək məcburiyyətində qalmışdı. Əslində danılmaz bir fakt var ki, dediklərimizin birbaşa təsdiqi üçün kifayətdir. 44 gün ərzində Azərbaycan əsgəri bir gün belə geri çəkilməmişdir. Bir dənə belə olsun firarilik faktı qeydə alınmamışdır. Ermənistanda isə vəziyyət göz qabağındadır. 10 mindən çox fərari. Bu düşmən ölkənin rəsmiləri
tərəfindən də təsdiq olunmuş rəsmi məlumatdır. İki ordu arasındakı fərq də bu qədər barizdir.

Xatırlatmaq istərdim ki, 26 fevral tarixində yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında, müharibədə terrorçu qrupların iştirakı ilə bağlı absurd sualı cavablandırarkən də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun yüksək peşəkarlığı, döyüş
əzmi haqqında danışaraq demişdir: “ Bu qələbəni Azərbaycan Ordusu qazanıb. Burada hər hansı yazılı və ya şifahi məlumat və ya sübutlardan söhbət gedə bilməz. Bu, Azərbaycanı ittiham etməkdən başqa bir şey deyil. ...
Bu, ermənilərin bir bəhanəsidir, çünki onlar üçün bu, psixoloji cəhətdən ağrılı bir məsələdir – Azərbaycan əsgəri
onları məğlub edib”.

Bəli, Azərbaycan əsgəri, erməni əsgərini məğlub edib. Azərbaycan Ordusu erməni ordusunun belini qırıb və demək olar ki, faktiki olaraq onu yox edib. Şübhə yoxdur bundan sonra hələ uzun illər erməni ordusu özünə gələ
bilməyəcək.

Afiq Ağayev,
Sabirabad



Xəbərin oxunma sayı : 304




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap