Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycan Premyer Liqası:“Qəbələ“ “Səbail“i məğlub edib

Tarix 10.03.19, 17:41

Font ölçüsü : - / +
bitmap-img6


Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda “Səbail”i qəbul edib.

Baş hakim İnqilab Məmmədovun idarə etdiyi qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1.

İlk yarıda tərəflərdən heç biri qol vura bilməyib. Fasilədən sonra “qırmızı-qaralar” sürətli qollarla istəklərinə çatıblar. Ceyms Adeniyi 49 və 55-ci dəqiqələrdə çoxgedişli kombinasiyaları dəqiq zərbələrlə tamamlayıb. Bununla da nigeriyalı yarımmüdafiəçi aktivindəki qolların sayını 10-a çatdıraraq, bombardirlər siyahısında liderliyə yüksəlib.

73-cü dəqiqədə isə “Qəbələ” azlıqda qalıb. Bəhlul Mustafazadə ikinci sarı vərəqəni alaraq, meydandan kənarlaşdırılıb. “Səbail” say üstünlüyündən təsəlli qolunu vurmaqla yararlanıb. 84-cü dəqiqədə künc zərbəsindən sonra yeni transfer Elvin Yunuszadə başla topu tora göndərib.

Bu qələbə sayəsində xallarını 28-ə çatdıran “Qəbələ” 3-cü pillədəki “Səbail”lə xal fərqini 3-ə endirib.

Qeyd edək ki, turun açılış oyununda “Keşlə” “Sabah”ı darmadağın edib – 3:0. “Qarabağ” – “Zirə” matçı isə qolsuz yekunlaşıb. Tura bu gün saat 16:30-da başlanacaq “Sumqayıt” – “Neftçi” matçı ilə yekun vurulacaq.



Xəbərin oxunma sayı : 118




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap