Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycan Premyer Liqasında XIV turun son 2 oyunu keçiriləcək

Tarix 03.12.17, 14:43

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun son 2 oyunu keçiriləcək

"Report"un məlumatına görə, əvvəlcə Qəbələdə eyniadlı komanda "Keşlə"ni sınağa çəkəcək.

13 oyundan sonra 28 xalla 2-ci pillədə yer alan "Qəbələ" də liderdən qopmamağa çalışır. Bu səbəbdən, "qırmızı-qaralar" son 7 oyunda məğlub olan paytaxt təmsilçisini məğlub etməlidirlər. Danışılmış oyunlarda iştirak etmələri şübhəsi ilə Nizami Hacıyev və Mirhüseyn Seyidovu heyətdən kənarlaşdıran "Keşlə" rəhbərliyinin xeyli zəifləmiş heyətlə ciddi müqavimət göstərəcəyi inandırıcı görünmür. Lakin klubun hazırkı baş məşqçisi Ramiz Məmmədovun keçmiş komandası ilə haqq-hesab çəkmək və bu posta gəlişindən sonra ilk xalı qazanmaq istəyi qonaqların asanlıqla təslim olmayacağını söyləməyə əsas verir.

"Qəbələ" və "Keşlə" indiyədək 37 dəfə üz-üzə gəlib. Bunların 10-da əyalət, 14-də paytaxt komandası qələbə qazanıb, 13 görüş heç-heçə ilə nəticələnib. Topların nisbəti bakılıların xeyrinədir - 49:35. Lakin "Keşlə" son 8 matçda qələbə qazana bilməyib. "Qəbələ" isə ardıcıl 3 dəfə qalib gəlib.

Bakıda isə debütant "Səbail" "Zirə" ilə üz-üzə gələcək. Görüş cari mövsümdə ilk dəfə "Bayıl Arena"da gerçəkləşəcək. Artıq bu arena təmirdən sonra yenidən istifadəyə verilib. Hazırda 27 xala malik "Zirə" 3-cü, 13 xalı olan Səbail" isə 6-cı pillədə qərarlaşıb. Meydan sahibləri qələbə qazana bilsələr, xallarını 16-ya çatdıraraq, "Neftçi" ilə bərabərləşəcəklər. "Zirə" isə 34 xalı olan lider "Qarabağ"dan çox da geri qalmamaq üçün mütləq qalib gəlməlidir. Bu komandalar indiyədək bir dəfə üz-üzə gəlib. İlk dövrəyə təsadüf etmiş qarşılaşmada hər iki komanda qol sevinci yaşasa da, qələbəni "Zirə" qazanıb - 2:1.

Azərbaycan Premyer Liqası, XIV tur

3 dekabr (bazar)

16:00. “Qəbələ” – “Keşlə”

Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, İsgəndər Əliyev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Fazil Mürşüdov

Qəbələ şəhər stadionu

18:30. “Səbail” – “Zirə”

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Cəmil Quliyev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Kərim Ağayev

“Bayıl Arena”

Qeyd edək ki, turun ilk 2 oyununda "Qarabağ" evdə "Neftçi"ni 1:0, "Sumqayıt" isə səfərdə "Kəpəz"i 3:0 hesabı ilə yenib.



Xəbərin oxunma sayı : 130




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap