Selena Qomez sinəsini böyütdü - Fotolar Demet Akalının villası müsadirə olundu Pərvin Abıyevadan “Səni deyirlər” rəqsi - VİDEO Azərbaycanlı modelin geyimi başına bəla oldu - Şərhləri bağladı
Axtar
 
  • / Maqazin / — 14 Sentyabr 2018

    Selena Qomez sinəsini böyütdü - Fotolar

  • / Maqazin / — 10 Sentyabr 2018

    Demet Akalının villası müsadirə olundu

  • / Maqazin / — 07 Sentyabr 2018

    Pərvin Abıyevadan “Səni deyirlər” rəqsi - VİDEO

  • / Maqazin / — 06 Sentyabr 2018

    Azərbaycanlı modelin geyimi başına bəla oldu - Şərhləri bağladı

  • / Maqazin / — 05 Sentyabr 2018

    Azərbaycanlı aktirsa: “Mənə kişi lazımdır” – Fotolar

  • / Maqazin / — 31 Avqust 2018

    Nəsrin bu dəfə bədənini göstərdi - 50 min insan bəyəndi

Azərbaycan Rusiyadan daha 36 ədəd “cəhənnəm silahı” aldı

Tarix 13.03.18, 3:27

Font ölçüsü : - / +
bitmap-img6


Stokholmda mənzillənən sülh problemləri İnstitutu (SIRRI) 2016-2017-ci illər üzrə dünya silah ixracına dair hesabatını açıqlayıb. 

Virtualaz.org xəbər verir ki, hesabatda Azərbaycan və Ermənistanın göstərilən müddət ərzində aldığı silahlar da əksini tapıb.
Hesabata əsasən son 2 il ərzində Ermənistan cəmi 124 milyon dollarlıq silah idxal edib. Və silah idxalının həcminə görə dünyada 54-cü yeri tutub. Azərbaycan isə həmin müddətdə az qala 5 dəfə çox-551 milyon dollarlıq silah alıb. Bunlar İnstitut tərəfindən hələ açıq mənbələrdən götürülmüş məlumatlar əsasında açıqlanan rəqəmdir.
Hesabat təsdiq edir ki, Ermənistan silahlanma məsələsində ancaq Rusiyaya möhtacdır. Belə ki, 2017-ci ildə Ermənistanın idxal etdiyi silahların hamısı Rusiyadan alınıb. Söhbət Rusiyanın Ermənistana ayırdığı 200 milyon dollarlıq güzəştli kredit hesabına alınan silahlardan gedir. Bu müqavilə çərçivəsində 2016-2017-ci illərdə Ermənistan Rusiyadan 6 vahid “Smerç” reaktiv yaylım atəşi sistemi, 200 vahid “Verba” daşınan zenit raket kompleksi və “Kornet” 9M133 tank əleyhinə raket kompleksləri alıb. Bunlar indiyə qədər məlum olan faktlardır və ayrı-ayrı vaxtlarda KİV-lərdə yayılmışdı.
Azərbaycana gəldikdə isə SIRRI bildirir ki, ölkə 2017-ci ildə İsraildən 4 vahid OPV-62 döyüş gəmiləri, 40 vahid “Orbiter” pilotsuz zərbə aparatı (o cümlədən Azərbaycan ərazisində birgə istehsal olunan) 215 vahid “Spike-NLOS” tank əleyhinə raketləri alıb. Habelə Azərbaycan Çexiyadan 10 vahid 122 millimetrlik RM-70 reaktiv yaylım atəşi sistemi, Slovakiyadan 18 vahid 152 millimetrlik “Dana” özüyeriyən qaubitsası alıb. Azərbaycan göstərilən müddət ərzində habelə Rusiyadan iri partiyada silah idxalı həyata keçirib. Belə ki, Rusiya hesabat dövründə Azərbaycana 36 vahid “Solntsepyok” TOS-1A ağır odsaçan sistemləri, 40 vahid BTR-82A, 800 vahid (!) “Xrizantema” tank əleyhinə raketi satıb.
Qeyd edək ki, Rusiyanın ötən il Azərbaycana “tank qatili” kimi tanınan “Xrizantema” raket komplekslərinin (BMP-3 zirehli maşının bazasında) iri partiyasını göndərdiyi Azərbaycan Müdafiə Nazirliyi tərəfindən açıqlanmışdı. Komplekslərin sayı açıqlanmasa da Azərbaycanın onlarla “Xrizantema-S” əldə etdiyi məlum idi. Və indi açıqlandığı kimi bu komplekslər üçün nəzərdə tutulmuş raketlərin sayı 800-dür. Azərbaycanın İsraildən “Spike-NLOS” tank əleyhinə raketlərini almaqda davam etdiyi də nəzərə alınarsa potensial irimiqyaslı hərbi əməliyyatlar zamanı Ermənistan ordusunun nəinki tankları və zirehli maşınları, eləcə də digər yeriyən hərbi nəqliyyat vasitələri üçün heç bir şans qalmır.
Lakin SIRRI-nin hesabatında Azərbaycanın Rusiyadan daha 36 vahid “Solntsepyok” TOS-1A ağır odsaçan sistemləri alması barədə deyilənlər əsl sensasiyadır. Azərbaycan 2013-2014-cü illərdə Rusiyadan çoxlu sayda digər hərbi texnika ilə yanaşı 18 vahid “Solntsepyok” idxal etmişdi. “Cəhənnəm silahı” kimi ad çıxaran bu odsaçanlar 2016-cı ilin aprel döyüşləri zamanı məhdud şəkildə tətbiq edilib. İndi Azərbaycan daha iki divizyonu silahlandırmağa bəs edəcək qədər “Solntsepyok” alıb ki, bu da son iki il ərzində ölkənin hərbi potensialının düşmənlə müqayisə olunmaz dərəcədə güclənməsindən xəbər verir.




Xəbərin oxunma sayı : 568

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda