Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycan səfiri Qətərin Gömrük Baş İdarəsinin sədri ilə görüşüb - FOTO

Tarix 16.06.19, 17:43

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Azərbaycan Respublikasının Qətərdəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov bu ölkənin Gömrük Baş İdarəsinin sədri Ahmed bin Abdullah Al Jamal ilə iki ölkə arasında qarşılıqlı faydalı əlaqələrin intensivləşdirilməsi imkanları və idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin qarşılıqlı tanınması məsələsini müzakirə edib.

AzFakt.com xəbər verir ki, görüşdə dövlət başçıları arasındakı dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafına verdiyi mühüm töhfədən söz açaraq son illər ərzində yüksək səviyyədə həyata keçirilmiş qarşılıqlı səfərlərin və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaradılan hüquq-müqavilə bazasının əhəmiyyətindən bəhs edilib.

Eyni zamanda, malların ixracı zamanı sənədlərin təsdiqi prosesinin müəyyən vaxt itkisinə səbəb olduğu nəzərə alınaraq, iki ölkə arasında mənşə, baytarlıq, fitosanitar və digər bu kimi sertifikatların qarşılıqlı tanınması üçün müvafiq tədbirlərin görülməsinin ticarət əlaqələrinin inkişafına stimul verəcəyi qeyd olunub.

Azərbaycan səfiri Qətərin Gömrük Baş İdarəsinin sədri ilə görüşüb (FOTO) ile ilgili görsel sonucu



Xəbərin oxunma sayı : 217




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap