Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycan səfirinin hədiyyələri Argentinada səs-küyə səbəb oldu

Tarix 22.03.17, 5:23

Font ölçüsü : - / +
bitmap-img6


Argentinada 2016-cı ildə hədiyyə alan məmurların adları və hədiyyələrin siyahısı geniş müzakirə edilir.

Virtualaz.org bildirir ki, siyahını Argentinanın Korrupsiyaya Qarşı Mübarizə Bürosu yayıb.

Maraqlıdır ki, bu siyahıda Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin başçısı, hansına ki, daha çox və daha tez-tez hədiyyələr edilib, Laura Alonsonun da yer alır. Onun siyahısında keçən ilin 16 noyabrında alınmış Azərbaycan hədiyyələri – "İRS-Miras” jurnalı, çay qutusu, kulinariya kitabı da var. Alonso bu hədiyyələri "adi diplomatiya" adı ilə qeydiyyata aldırıb. O göstərib ki, onları ona Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov hədiyyə edib.

Aydın məsələdir ki, səfir tərəfindən hədiyyə edilmiş bu suvenirlər Alonsoya olsa-olsa, Azərbaycan haqqında hansısa bir informasiyanı vermək arzusundan irəli gələn nəzakət jestidir. Və burada hansısa korrupsiyadan heç bir söhbət belə gedə bilməz. Ancaq... Argentinada bu hədiyyələrin dəyərini fəal müzakirə edirlər.

Məsələ ondadır ki, Arqentina qanunlarına görə, dövlət vəzifəli şəxslər 4 min pesonu (təxminən 260 dollar) ötən məbləğdə heç bir növdə hədiyyələr almaq hüququna malik deyillər. Daha bahalı hədiyyələr dövlət mülkiyyətinə verilməlidir. Düzdür, burada bütün problem ondadır ki, məmurların əksəriyyəti, Laura Alonsodan fərqli olaraq, aldıqları hədiyyələri qeydə saldırmırlar.


Laura Alonso

Ona bağışlanan başqa "qiymətli" hədiyyələrin siyahısında iki şirin süd bankası, konfet qutuları, şərab butulkası, süfrə, konsertə iki bilet və s.-də var.

Buenos-Ayresdə onun, haqqı beynəlxalq təşkilatlar tərəfindən ödənilmiş Peruya, ABŞ-a və Böyük Britaniyaya işgüzar səfərləri barədə də suallar var.

Həmçinin ölkənin prezidenti Maurisio Makri, xarici işlər naziri Susanna Malkorroy və başqa vəzifəli şəxsləri tərəfindən alınmış hədiyyələrin adları da dərc edilib. Məsələn, dövlət başçısı köynək hədiyyə alıb, xarici işlər naziri isə ipək şərf, boşqab və kitab.

Məlum olduğu kimi, indi Argentinada keçmiş prezident Kristina Fernandes de Kirşner üzərində məhkəmə prosesi gedir. Onun cinayətkar sövdəşmədə iştirakı haqda olan iş 2016-cı il dekabrın sonlarında qaldırılıb. Bu işdə ölkənin digər məmurlarının da adları keçir.

Kirşnerə qarşı həm də öz vəzifələrini məsuliyyətsiz icra etmə (dövlətə ağırlaşdırıcı zərbə vurmaqla) ittıhamı irəli sürülüb. Keçmiş məmurların aktivlərinə həbs qoyulub. Həbs qoyulmuş əmlakın cəmi məbləği 637 milyon dollar təşkil edir.

Əlbəttə, Argentinada ən yüksək vəzifəli korrupsionerlərə qarşı mübarizə aparılması yaxşı haldır. Amma bəzən iş gülməli həddə çatır. Görünür, öz prezidentlərinin timsalında yanmış argentinalılar, necə deyərlər, suyu üfürə-üfürə içməyə başlayıblar. Ona görə də indi onlara çay qutusu və ya iki süd bankası da rüşvət kimi görünür...






Xəbərin oxunma sayı : 130




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap