Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycan sərhədini pozan 5 əcnəbi saxlanıldı - DSX açıqlama yaydı + FOTO

Tarix 21.02.19, 18:03

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Sərhəd Xidməti (DSX) 5 nə­fər Şri-Lanka vətəndaşının Azərbaycanın dövlət sərhədini pozmasının qar­şısını alıb. 

DSX Mətbuat Mərkəzindən AzFakt.com-a verilən məlumata görə, fevralın 17-də xid­mətin Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Biləsuvar kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq Azərbaycandan İrana keçmə­yə cəhd edərkən Şri-Lanka vətəndaşları 1991-ci il təvəllüdlü Micheal Fernando Romos, 1995-ci il təvəllüdlü Senrobert Ronik­san, 1992-ci il təvəllüdlü Navaratnam Kajamugan, 1994-cü il tə­vəl­­lüdlü Anton Mariyadas Pilipraj və 1995-ci il təvəllüdlü Penad Mo­hanraj Mathusan sərhəd pozucusu qismində saxlanılıb. 

Saxlanılan şəxslərin 2018-ci ilin dekabrın 16-da rəsmi qay­dada Birləşmiş Ərəb Əmirliklərindən Sarja-Bakı reysi ilə Azərbay­canagəlmələri müəyyən olunub. Araşdırma zamanı Şri-Lanka vətəndaşları dövlət sərhədini pozaraq İran İs­lam Respub­likasına, oradan isə Türkiyəyə keçmək niyyətində olduqlarını bildiriblər. 

Sərhəd pozucuları barəsində cinayət işi başlanılıb və barə­lərində həbs qətimkan tədbiri seçilib.Cinayət işi üzrə əmə­liy­yat-istintaq tədbirləri davam etdirilir.

 



Xəbərin oxunma sayı : 400




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap