Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmişdir

Tarix 22.10.21, 14:01

Font ölçüsü : - / +
bitmap-img6


Ötən günlərdə xalqımız Füzuli Zəfərinin birinci ildönümünü qeyd etdi. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban
xanım Əliyeva bölgərə səfər gerçəkləşdirdi. Səfər çərçivəsində dövlətimizin başçısı Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in, “Azərişıq” ASC-
nin Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməllərini qoydu, Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış oldu. Daha sonra ölkə başçımız Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərək
burada geniş nitqlə çıxış etdi.

Ölkə başçımızın çıxışının ilk hissəsi daha çox Füzuli Zəfərinin əhəmiyyəti və Azərbaycan əsgərinin doğma torpağını işğaldan azad edərkən göstərdiyi qəhrəmanlıq, şücaət və fədakarlıqla bağlı oldu. Həqiqətən də
İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının, Azərbaycan gəncinin, Azərbaycan əsgərinin əsl gücünü, inamını, məğrurluğunu və Vətən eşqini dünyaya göstərdi. Göstərdi ki, hər bir azərbaycanlı Vətən torpağı naminə ölümə getməyə hazırdır. Füzulidə illərdir düşmən tərəfindən inşa olunan istehkamları yarıb keçərkən ya da Şuşada
sıldırım qayaları dırmaşarkən, keçilməz deyilən sədləri saatlar içində darmadağın edərkən bütün dünya, elə düşmənin özü də bu Vətən sevgisinə  heyrətlə və heyranlıqla tamaşa etdi. Bu misli görünməmiş bir cəsarət və
fədakarlıq nümunəsi idi. Bu gün Azərbaycan xalqının qalib xalq, Azərbaycan Ordusunun və onun Sərkərdəsinin Müzəffər olaraq adlandırılması da məhz bu fədakarlığın nəticəsidir. Onu da qeyd edim ki, İkinci Qarabağ
müharibəsi xalqımızın çoxəsrlik tarixinə “Vətən müharibəsi” olaraq düşdü. Əlbəttə ki, bu da əbəs deyil. Qarabağ məsələsi hər zaman bizim üçün Vətən məsələsi idi. Kimliyindən, ölkəmizin hansı bölgəsinə mənsub olmasından,
hətta hansı etnik kökə mənsub olmasından asılı olmayaq özünü azərbaycanlı hiss edən hamı Qarabağ məsələsinə
xüsusi bir yanaşma göstərirdi. Qətiyyətlə demək olar ki, Birinci Qarabağ müharibəsi üzərindən az qala otuz il
keçməsinə baxmayaraq hər bir azərbaycanlı daima Qarabağa qayıdacağımız günün xəyalı ilə yaşayırdı. Hətta o
torpaqları heç görməyən gənclər belə daima Qarabağın azad olunacağı günü gözləyirdi və o gün gələndə bir an
belə düşünmədən həmin gənclər cəbhəyə yola düşdü və öz canını Vətənə qurban etdi. Sadəcə əsgərlərimiz yox,
xalqımızın hər bir fərdi də Qələbəni yaxınlaşdırmaq üçün çalışdı. Beləliklə, Azərbaycan xalqı üçün
torpaqlarımızın azad olunmasından daha vacib bir məsələ heç vaxt olmamışdır. Bu gün nəhayət Azərbaycan
torpaqları azaddır və bundan sonra üçün Azərbaycan dövlətinin qarşısında duran ən böyük məsələlərdən biri
həmin torpaqların bərpasıdır. Düşmən bizim bir daha oraya qayıtmamağımız üçün bütün torpaqlarımızı sözün əsl
mənasında yerlə-yeksan edib. Xüsusilə, Füzuli şəhəri bu vandalizmdən ən böyük zərər görən şəhərlərimizdən biri,
bəlkə də birincisidir. Bununla yanaşı, Füzuli şəhəri öz ərazisində yüz mindən artıq minanın mövcudluğu ilə ən
çox minalarla çirkləndirilən şəhərimizdir. Məhz bu minalar şəhərin bərpasını da ləngidən əsas məsələdir. Şəhərdə
həyata keçirilən vandalizmin sərhədlərini dərk etmək üçün bir misal gətirmək istərdim. Belə ki, Prezident İlham
Əliyev ötən il Füzuli şəhərinin işğaldan azad olunduğunu elan edərkən xalqa müraciətində bildirmişdi  ki, bütün
binalar sökülüb, dini abidələrimiz sökülüb, hər şey talan edilib, evlərin dam örtükləri, pəncərələri, əşyaları, hər
şey. Onu da xatırladım ki, Azərbaycan əsgəri şəhəri azad etdikdən sonra şanlı bayrağımızı dalğalandırmaq üçün
bir dənə belə olsun salamat bina tapmamış, sonda dirək üzərində bayrağımızı dalğalandırmağa məcbur olmuşdur.
Beləliklə, Füzuli şəhərinin bugünkü görünüşü erməni barbarlığının ən açıq təzahürüdür. Təsadüfi deyil ki, işğal
altında olduğu illər ərzində rəsmi Ermənistan bu ərazilərə heç kimi buraxmır, bu vandallıqdan dünyada heç bir
rəsmi qurumun xəbər tutmamasına çalışırdı. Bu gün isə artıq reallıqların dünya arenasına çıxarılması üçün heç bir
əngəl qalmayıb. Azərbaycan bu məsələdə xüsusi qətiyyət göstərərək, dünyanın bu vandalizmdən xəbər tutması
üçün təbliğat işlərini ən yüksək səviyyədə aparmağa davam edir.  
Ölkə başçımızın nitqində əsas yer tutan növbəti məsələlərdən biri də Füzuli şəhərində gedən bərpa
quruculuq layihələri ilə bağlı oldu. Cənab İlham Əliyev bildirdi ki, Füzuliyə bir neçə istiqamətdən o cümlədən,
Şuşa, Ağdam, Hadrut, Cəbrayıl istiqamətlərindən yollar çəkilməkdə davam edir, Füzuli şəhərində beynəlxalq
Hava Limanının inşası isə artıq tamamlanıb. Məlumat üçün bildirim ki, yaxın günlərdə - daha dəqiq 26 oktyabr
tarixində Füzuli Hava Limanının açılışı baş tutacaq. Açılışda Azərbaycanı 44 günlük Vətən müharibəsində bir an
belə tənha qoymayan, daima haqq işimizdə mənəvi dəstəyini hiss etdirən qardaş Türkiyə Cümhuriyyətinin
Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Beləliklə, bugün işğaldan azad olunmasının birinci
ildönümündə Füzuli şəhərində görülən işlər onu deməyə əsas verir ki, doğma Qarabağımızın “Şərq qapısı” sürətlə
dirçəlir. Əminik ki, mümkün olan ən qısa zamanda şəhərin bərpası prosesi sona çatdırılacaq və füzulililər öz
doğma torpaqlarına əbədi dönüş edəcəkdir.
Ramil Əsədov,



Xəbərin oxunma sayı : 358




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap