İrem Derici reanimasiyaya yerləşdirildi Emin Ağalarov: “Mən prezidentə kömək etməyə layiq deyiləm” "Şəkilləri silmək üçün 100 min təklif etdilər" - Edanın eks sevgilisi Müğənni Nüşabə Ələsgərli qəza törədib
Axtar
 
  • / Maqazin / — 19 Sentyabr 2017

    İrem Derici reanimasiyaya yerləşdirildi

  • / Maqazin / — 16 Sentyabr 2017

    Emin Ağalarov: “Mən prezidentə kömək etməyə layiq deyiləm”

  • / Maqazin / — 14 Sentyabr 2017

    "Şəkilləri silmək üçün 100 min təklif etdilər" - Edanın eks sevgilisi

  • / Maqazin / — 12 Sentyabr 2017

    Müğənni Nüşabə Ələsgərli qəza törədib

  • / Maqazin / — 12 Sentyabr 2017

    Elza: “Bəziləriniz yerinizdə sayırsız, şükür edin ki, hələ də sizi sayırıq”

  • / Maqazin / — 12 Sentyabr 2017

    “5 yaşında nəvəm var” - Roza Zərgərli

Azərbaycan siyasətinin imitasiyaçıları

Tarix 22.08.17, 23:58

Font ölçüsü : - / +
bitmap-img6


Texnoloqsuz, analitiksiz idarə olunan siyasi qurumların problemlərə konseptual yanaşması gözə dəymir

Azərbaycan mətbuatını Ukrayna böhranı, ABŞ — Şimali Koreya qarşıdurması, Suriyadakı savaş daha çox maraqlandırır. Daxili siyasət barədə yazılanlar, yalnız o halda oxunaqlı olur ki, orada kiçik intriqalar olsun. Hətta Qarabağ münaqişəsi barədə yazılanlar orta statistik oxucunu maraqlandırmır.Ölkə gündəmində boşluğun olması təəssüfedici reallıqdır. Ölkənin siyasi gündəmində bir durğunluq mövcuddur. Təkcə mətbuata ötəri baxmaq kifayətdir ki, artıq mətbuatın mövzusunun xaricdə baş verən hadisələr olduğunu görəsən. Bu, ölkədə hadisə qıtlığı ilə bağlıdır. Səbəb çox sadədir: cəmiyyət ciddi travma alıb və bu, bir ictimai məyusluq yaradıb. Bu da, istər-istəməz insanların siyasi fəallığına, davranışına təsir göstərir.Digər bir səbəb onunla bağlıdır ki, ictimai rəy daha çox xaricdən asılı olub. Qərbdən hər hansı impuls olmadan cəmiyyətimizdə siyasi fəallıq dinamikası yüksəlməyib. Ona görə indiki halda dünyanın diqqəti əsasən Rusiya ilə Qərb arasında gedən proseslərə yönəldiyindən, Azərbaycan bir qədər proseslərdən kənarda qalıb.

Araşdırmaçılar əmindirlər ki, durğunluğun səbəbini müxalifətin özündə və etdiyi, təkrarladığı səhvlərdə axtarmaq lazımdır. Bu, onunla bağlıdır ki, Azərbaycan siyasətçiləri proses yaratmaq gücündə deyillər, əksinə, prosesin ardınca sürünmək yolunu seçiblər. Azərbaycan müxalifəti və siyasətçiləri gözləyirlər ki, Ukrayna, Krım hadisələrinin sonu necə qurtaracaq, qonşu ölkədəki seçkilərin Azərbaycana hansı təsiri olacaq və bunun fonunda yaradılan siyasi proseslərə qoşulacaqlar. Onların özünün proses yaratmaq gücü və intellektual səviyyələri yetərincə deyil.

Belə vəziyyətdə gündəmi müxalifət yaratmalı idi. Lakin müxalifət düşərgəsində cərəyan edən proseslər, qarşıdurma və istefalar iqtidara gedən yolu daha da uzaqlaşdırır. Müxalifət düşərgəsinin gündəmini daxili çəkişmələr və qarşılıqlı ittihamlar tutur. Görünən budur ki, müxalifətin ölkədəki acınacaqlı vəziyyəti dəyişməklə bağlı konkret planı belə mövcud deyil.

Prosesləri dəyişmək gücündə olan xalq isə ümumiyyətlə siyasi proseslərdən uzaqlaşıb. Müxalifət ona yuxarıdan təqdim olunan məsələləri müzakirə etmək zorundadır. Və ictimai rəyin, gündəmin sadəcə iqtidardan asılı vəziyyətdə qalması ilə barışıb.
Gündəmlə bağlı müxalifətin "ev tapşırığı" mövcud deyil. İctimai rəy hakimiyyət üçün arzuolunmaz səpkidə inkişaf etməyə başladıqda, hakimiyyətin planları işə düşəcək. Bunun isə müzakirəyə çıxarılmaması mümkün deyil, ən azından ona görə ki, əhalinin maraq göstərdiyi məsələ istənilən halda KİV-in əsas mövzusu olacaq.Gündəm yaratmaq, yeni və önəmli proseslərə təkan vermək ölkə siyasətçilərinin potensialı daxilində deyil. Müxalifət düşərgəsi çox zaman özü də bilmədən iqtidarın diktəsi ilə fəaliyyət göstərir. İctimai rəyi və gündəmi iqtidardan asılı vəziyyətdə saxlamaq isə müxalifəti az qala iflic vəziyyətində saxlayır.
Müxalifət yalnız müdafiədə oynamağa üstünlük verir. İqtidar isə malik olduğu resurslardan bəhrələnərək, istənilən an hücuma keçməyi bacarır. İctimai rəy hakimiyyət üçün arzuolunmaz səpkidə inkişaf etməyə başladıqda, iqtidar müxalifət üzərinə hücum təşkil edir, opponentlərini bir-birinə çirkab yağdırmağa vadar edə bilir. Bir sözlə, gündəmi iqtidar müəyyən edir, hansı məsələlərin müzakirəyə çıxarılmasını ictimai rəyə özü təlqin edir. Müxalifət isə yalnız və yalnız ona təqdim olunan gündəmi dəyərləndirməklə mövqelərini qorumağa cəhd göstərir.

İqtidar müxalifətdəki rəqiblərinə qarşı nisbətən yeni, lakin sınaqdan çıxarılmış metodlardan istifadə edir. Eyni siyasi qüvvələri uzun müddət basqıya məruz qoymaqla, onlara əlavə dividend qazandırmaq istəməyən hakimiyyət, artıq onları unutdurmağa və yaxud, yalnız bir-birləri ilə didişən qruplar kimi təqdim etməyə çalışır. İqtidar müxalifəti belə bir simada ictimai rəyə təqdim etməyə nail olur.

Müxalifət isə təşəbbüsü ələ almaq əvəzinə, nəyisə və yaxud kimisə gözləyir. Belə kurs artıq 20 ildir davam edir. Ən acınacaqlısı odur ki, mübarizənin strategiyası müəyyən edilməyib. Hətta taktiki addımlar da bilinmir. Bir-birini söyməkdə, təhqir etməkdə, gözdən salmaqda usta olan müxalifətçilər, iqtidarın ideoloji bazasına ağır zərbələr endirməkdə acizlik nümayiş etdirirlər.
Texnoloqsuz, analitiksiz idarə olunan siyasi qurumların problemlərə konseptual yanaşması gözə dəymir. İqtidar opponentləri nə proporsional seçki sisteminin bərpası, nə də siyasi islahatlar zərfinin ictimai müzakirəyə təqdim olunmasına nail ola bilirlər. Bir-biriləri ilə savaşaraq, siyasi fəaliyyətin imitasiyası ilə məşğul olurlar…


Azər RƏŞİDOĞLU

Sputnik.az











Xəbərin oxunma sayı : 523

loading...

Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda