Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycan türklərinə qarşı yeni dalğa: - Şah zamanı cərimə, inqilab zamanı təhqir

Tarix 15.02.18, 16:42

Font ölçüsü : - / +
bitmap-img6


Güney Azərbaycanında fəaliyyət göstərən mədəni fəallar İran mediasındakı anti-türk təbliğatı tənqid edirlər. Son vaxtlar İran televiziyasının yayımladığı "Səttar xan” serialı, həmçinin "Qanun” və "Şərq” qəzetlərində dərc olunan məqalələrə geniş təpki var. Bundan əlavə Tehranda yayımlanan "Qanun” qəzetində dərc olunan bir məqalədə Azərbaycan şəhərlərində türk dilinin istifadəsinin aradan qaldırılması, İran əhalisinin vahid dil və bayraq altında birləşdirilməsi təşviq edilir.

Xatırladaq ki, qəzetdə həmçinin "türk” sözündən istifadə edənlər sərt dillə tənqid edilib: " "Türk dili” ifadəsindən istifadə etmək doğru deyil. Çünki Azərbaycan əhalisi türk deyil, azəridillidir. Türk sözündən istifadə etdiyimiz zaman istər-istəməz Azərbaycan əhalisinin türk soyundan olduğunu da qəbul etmiş oluruq. Bu da tam olaraq düşmən qüvvələr və bölücülərin etdiyi təhrifdir.”

Bundan əlavə Təbrizdə Şahid Mədəni Azərbaycan Universitetinin tələbələri "ana dilində təhsil tələbi ilə etiraz aksiyası keçiriblər. Universitetin foyesinə toplaşan tələbələr məktəblərdə ana dilində tədris tələb ediblər. Bildirilir ki, bu tələb Güney Azərbaycanda İslam inqilabından sonra aktuallaşıb. Tələbə qeyd edir ki, Azərbaycan dili və ədəbiyyatı fənni yalnız Təbrizdə bir universitetdə öyrədilir, Marağa, Binab, Urmu universitetlərdə isə seçmə fənn kimi təklif olunur.

Güneydə türk dilinə və millətinə qarşı başladılmış hərəkatı Cebhe.info-ya şərh edən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, İran hakimiyyətinin müxtəlif təbliğat maşınlarının Azərbaycan türklərini təhqir etməsi, aşağılaması ilk hadisə deyil:

"Türk dili və türk sözünün varlığı ilə bağlı çıxışlar da ilk deyil. Əvvəllər Rza şahın dövründə türk sözü işlədən insanlar cərimələnərdi. Yaxud Güney Azərbaycanda məşhur yazıçısı Rza Bəraheni türk dilində "Divar” qəzeti çıxartdı. Rza "Divar” qəzetini hazırlayıb məktəbin dəhlizinə vurub. Məktəbə gələn məmur divar qəzetində məqalənin türki dilində yazıldığını gördükdə elə türk dilində də bu məqalələri kim yazdığını soruşur. Sonra divardan qəzeti Rzanın özünə qopartdırıb yerə sərdirir və türkcə əmir edir ki, qəzetdəki yazını diliylə yalayıb yox etsin. Yəni, istər indiki İslam Respublikası, istərsə də ondan əvvəlki Pəhləvilər sülaləsinin hakimiyyəti illəri olsun, həmişə Azərbaycan türkünün milli varlığına qarşı siyasət yürüdülüb. Bir sözlə, Azərbaycan türkünün milli varlığı danılıb. İranda bir sıra qəzetlərdə türk milləti və dilinin təhqir edilməsini rejimin öz mahiyyəti dəstəkləyir. İstər islam, istər monarxiya olsun rəsmi Tehran hakimiyyətinin əsas ideologiyası İran mərkəzli fars düşüncəsidir. Yəni, onlar ölkədə bütün etnik qrupların farsdan törəmə olduğunu, ölkədə farsdan başqa heç bir millət, mədəniyyət və dilin olmadığını iddia edirlər. Bu, faşistdən də ötə bir ideologiyadır”.

Ekspert qeyd edib ki, İran hakimiyyətinə bağlı orqanların bu davranışı Azərbaycan türklərinə qarşı təxribatdan başqa bir şey deyil:

"Digər bir məsələ "Səttar xan” serialı ilə bağlıdır. Məlumdur ki, Səttar xan Məşrutə Hərəkatının lideri olub. O vaxt İranda hakimiyyətdə Qacarlar idi. İranın modern bir dövlət olması istiqamətində mübarizə gedirdi. Bu mübarizə öz zirvəsinə çatdı və İran konstitusiyalı monarxiya oldu. Bu məsələdə Azərbaycan türklərinin rolu böyükdür. Həmin illərdə Səttar xan Hərəkatının üzvlərinə qarşı çox böyük təpkilər var idi. Ölkədə hakimiyyət Təbrizi blokadaya almışdı, səfalət var idi. Bu, öz dövlətinə, millətinə sahib çıxan bir etnik türkün mübarizəsi idi. Tehranda isə fars düşüncəli, geri zəkalı, mürtəce insanlardan türkə qarşı istifadə edirdilər. Ümumiyyətlə, İranda türklərlə bağlı çəkilən filmlərdə təhriflər olur. Məsələn, Məhəmməd Hüseyn Şəhriyarla bağlı film çəkilmişdi. Sonradan onun yaxın qohumları iddia etdilər ki, filmdə Şəhriyarla bağlı bir çox məqamlar təhrif olunub. Amma "Səttar xan” serialında bütünlüklə Azərbaycan türkləri təhqir olunur.

Əslində isə hədəf təkcə Azərbaycan türkü deyil, bu məsələyə icazə verən, bu məsələnin göyərməsinə imkan yaradan İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneidir. Çünki Seyid Əli Xamnei də türk olduğunu iddia edir. O filmlərlə, milli varlığın inkar edilməsi ilə Azərbaycan türkünün nə varlığı, nə dili, nə də mədəniyyəti yox olmayacaq. 100 ildir buna çalışırlar, amma bu milləti məhv etmək mümkün deyil. Müxtəlif cəzalar, həbslər, təzyiqlər olsa da, Güney Azərbaycan mövcuddur, öz milli haqları uğrunda mübarizəsini davam etdirir. Qeyd edim ki, ötən əsrdə Azərbaycan milli hökumətini qurmaqla buna nail olunub. Bölgədə gedən proseslər bu hadisələrin yenidən İranda baş verməyəcəni istisna etmir. Bölgədə baş verən hadisələr onu göstərir ki, İranda milli məsələ ilə bağlı yenidən hərəkatların, aksiyaların başlaması ehtimalı var və bu olacaq. Çünki cəmiyyəti bu şəkildə aşağılamaqla hakimiyyət özü buna gedir”.



Xəbərin oxunma sayı : 232




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap