Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycan teatrlarında bilet qiymətləri –SİYAHI

Tarix 11.12.18, 14:35

Font ölçüsü : - / +
bitmap-img6


“Report” Azərbaycan teatrlarında bilet qiymətlərini öyrənib.

Həmin qiymətləri təqdim edirik.

Akademik Milli Dram Teatrında biletlərin qiyməti 6-10 AZN arası dəyişir.

Azərbaycan Dövlət Musiqili Teatrında uşaqlar üçün biletin qiyməti 6 manat, böyüklər üçün isə 8-10 manatdır. Uşaqlar üçün Yeni İl şənliyinin qiyməti isə 8 manatdır. Biletə hədiyyə də daxildir.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında uşaqlar üçün biletin qiymətləri 5,6,7 AZN, böyüklər üçün isə 11-16 AZN-dir. iTicket.az saytında isə “Karmen” və “Manon Lesko” tamaşasına biletin qiyməti 33 AZN-ə qədərdir.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında isə qiymətlər standart olaraq 3 AZN təşkil edir.

Bakı Uşaq Teatrında biletlərin qiyməti uşaqlar üçün 5 AZN-dir. Teatrdan “Report”a bildirilib ki, bəzən böyüklər üçün də tamaşalar oynanılır və bu zaman biletin qiyməti 7 AZN olur.

Azərbaycan Dövlət Pantomima Teatrında uşaqlar üçün bilet qiymətləri 5 AZN, böyüklər üçün isə 7 AZN-dir.

Azərbaycan Dövlət Rus Dram Teatrında uşaqlar üçün biletin qiyməti 5 AZN-dir. Axşam tamaşaları 15 AZN, premyera tamaşalarınin qiyməti isə 20 AZN olur.

Gənc Tamaşaçılar Teatrında biletlərin qiyməti 6-8 AZN aralığındadır.

Gəncə Dövlət Dram Teatrında bilet qiymətləri 1-2 AZN-dir. Proqrama əlavə olunduqda isə biletin qiymətinin dəyişməsi mümkündür.

Sumqayıt Dövlət Dram Teatrında biletlər uşaqlar üçün 2 AZN, böyükər üçün 5-6 AZN-dir.

Şuşa Dövlət Musiqili Dram Teatrında biletlərin qiyməti 2-5 AZN-dir. Teatr yeni binaya köçürüldükdən sonra qiymətlərin dəyişilməsi gözlənilir.



Xəbərin oxunma sayı : 169




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap