Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycan təmsilçisi “Eurovision“da ilk çıxışını etdi - VİDEO

Tarix 10.05.17, 4:29

Font ölçüsü : - / +
bitmap-img6


Ukraynanın paytaxtı Kiyevdə, Beynəlxalq Sərgi Mərkəzində “Eurovision-2017” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir.

AzFakt.com xəbər verir ki, Azərbaycanı təmsil edən Diana Hacıyeva səhnəyə səkkizinci çıxaraq “Skeletons" mahnısını ifa edib. “Dihaj” təxəllüsü ilə çıxış edən D. Hacıyevanın mahnısının müəllifləri bəstəkar prodüser İsa Məlikov və Sandra Byormandır.

Birinci və ikinci yarımfinalların hər birində 18 ölkə finala keçmək uğrunda yarışır. Birinci yarımfinalda Azərbaycanla yanaşı İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Yunanıstan, Polşa və başqa ölkələri təmsil edən iştirakçılar çıxış edirlər.

Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanacaq.

Finala vəsiqə qazanmış 10 ölkənin təmsilçiləri canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 13-də çıxış ardıcıllığı müəyyən olunacaq.

Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin builki ev sahibi Ukrayna, eləcə də Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

İkinci yarımfinal mayın 11-də, müsabiqənin final mərhələsi mayın 13-də keçiriləcək.





Xəbərin oxunma sayı : 127




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap