“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Azərbaycan və İran rəsmiləri Bakı Ticarət Limanında - Fotolar

Tarix 09.04.25, 18:10

Font ölçüsü : - / +
bitmap-img6


Aprelin 9-da Baş nazirin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev və ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeq iki ölkənin nümayəndə heyətlərinin müşayiəti ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına birgə baxış keçiriblər.

AzFakt.com xəbər verir ki, həmsədrlərə Bakı Limanına dair təqdimat nümayiş etdirilib.

Tədbirdə limanın tarixi, infrastrukturu və imkanları, o cümlədən illik yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması məqsədilə ikinci faza çərçivəsində aparılan tikinti işləri barədə məlumat verilib.

Qeyd edilib ki, ikinci fazanın tamamlanmasından sonra Bakı limanının genişləndirilməsi Azərbaycanın Avropa və Asiyanı əlaqələndirən nəqliyyat və logistika qovşağı kimi strateji əhəmiyyətini daha da artıracaq.

Daha sonra limanın əsas yük terminalına, Ro-Ro və Bərə terminallarına, çeşidləmə məntəqəsinə baxış keçirilib.







Xəbərin oxunma sayı : 715




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap