“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir

Tarix 03.07.25, 17:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan və Özbəkistan  həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir.  Lakin bu gün iki dövlətin liderləri arasında yüksək səviyyəli qarşılıqlı anlaşma heç də az əhəmiyyət kəsb etmir. Onların münasibətləri, əldə olunan nəticələr, həqiqətən də qardaşlıq münasibətlərinin bariz nümunəsidir.   Belə bir əməkdaşlıq isə artan geosiyasi turbulentlik şəraitində hər iki ölkə üçün əsas rol oynayır.
      
Dünya tarixindən də məlum olduğu kimi, belə əlaqələr təsadüfən yaranmır - onlar möhkəm təməl üzərində qurulur. Bu baxımdan hər iki ölkənin ümummilli liderlərin - Heydər Əliyevin və İslam Kərimovun şəxsiyyətlərinin, onların gələcək əməkdaşlıq üçün yaratdıqları əsasların mühüm rolu vardır. Belə ki,1996-cı ildə Özbəkistanın ö zamankı prezidenti İslam Kərimovun Azərbaycana səfəri zamanı  iki ölkə arasında 19 sazişdən ibarət xüsusi sənəd paketi, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalandı. Bir il sonra  1997-ci ildə Ümummilli Lider  Heydər Əliyevin Özbəkistana rəsmi səfəri münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Bakıdakı kimi, Daşkənddə də 19 sənəd imzalanmışdı. Bu sənədlər içərisində Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə böyük əhəmiyyət kəsb edir. Bu sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün güclü fundamental müqavilə-hüquqi əsas yaradıb. Sənədlərin imzalanması mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev qeyd edib: "Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin". Özbəkistan Prezidenti İslam Kərimov isə bildirib ki, iki ölkə arasındakı münasibətlər məhz strateji əməkdaşlıq səciyyəli olacaqdır.  Bu gün biz Özbəkistanın heyranedici uğurlarının şahidi oluruq: 37 milyondan çox əhalisi olan ölkənin 115 milyard dollardan çox ÜDM-i var ki, bu da Heydər Əliyevin  28 il bundan əvvəl verdiyi proqnozun uzaqgörənliyini əyani şəkildə təsdiqləyir. Hər iki ölkənin - Mərkəzi və Cənubi Asiya, Qafqaz və Yaxın Şərqin qovşağında yerləşən mühüm geosiyasi və coğrafi mövqeyini nəzərə alaraq, Azərbaycan və Özbəkistan ən böyük dünya bazarlarını birləşdirən əsas tranzit və logistika qovşaqlarına çevriliblər. Bütün bunların fonunda 2004-cü ildə əfər zamanı "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə" ni xatırlatmaq yerinə düşər. Təsadüfi deyil ki, Özbəkistan BMT Baş Assambleyasında 2008-ci ildə səsverməyə çıxarılmış "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olmuşdu.  2021-ci ildə Prezident Şavkat Mirziyoyev Azərbaycanı tarixi ədalətin bərpası münasibətilə təbrik edib, 2022-ci ildə isə 40-a yaxın əməkdaşlıq sahəsini əhatə edən Strateji Tərəfdaşlığın Dərinləşdirilməsi Bəyannaməsi qəbul edilib. Daşkənddə Heydər Əliyev küçəsinin və Xatirə meydanının açılışı da rəmzi xarakter daşıyırdı. 2023-cü ildə isə Özbəkistanın dəstəyi ilə Füzulidə Mirzə Uluqbek adına məktəb tikildi. Xankəndində Özbəkistan sərmayəsi və texnologiyası ilə  istifadəyə verilmiş Tikiş fabriki fəaliyyət göstərir. Prezident İlham Əliyev haqlı olaraq vurğuladı ki, Şavkat Mirziyoyev öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına köməklik göstərən dünyada ilk lider olub. Qardaşlıq münasibətlərində 2024-cü il, digər məsələlərlə yanaşı, Müttəfiqlik Münasibətləri haqqında Müqavilənin imzalanması ilə əlamətdar oldu. Prezident İlham Əliyevin dediyi kimi: "Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq iki ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk". Ölkələrimiz arasında münasibətlərin siyasi komponentinə gəlincə, Azərbaycan və Özbəkistan çoxqütblü dünyanı fəal şəkildə müdafiə edir, türk dövlətlərinin rolunu gücləndirir və Türk Dövlətləri Təşkilatı  çərçivəsində təşəbbüsləri inkişaf etdirir. Ölkələrimizin liderləri suverenlik, ərazi bütövlüyü, daxili işlərə qarışmama məsələlərində oxşar mövqelər nümayiş etdirirlər ki, bu da siyasi dialoqu davamlı və qarşılıqlı hörmətə əsas verir.
      
2025-ci ilin əvvəlindən ölkələr arasında ticarət dövriyyəsi 40% artıb. Birgə investisiya fondu fəaliyyət göstərir, onun sayəsində 360 milyon dollardan artıq layihələr həyata keçirilir. Beləliklə, Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin inkişafında müəyyən edilmiş mərhələlər yeni məzmunlu məzmun almaqda davam edir. Bunu bir gün əvvəl imzalanmış sənədlər paketi, o cümlədən 2030-cu ilədək əmtəə dövriyyəsinin 1 milyard dollara çatdırılması üzrə "Fəaliyyət Planı", 2025-2027-ci illər üçün Sənaye Kooperasiyası Proqramı, 2025-2029-cu illər üçün Müttəfiqlik əlaqələri haqqında Müqavilənin icrasına dair Yol Xəritəsi və digər sənədlər də aydın şəkildə təsdiq edir.

Elvin Rzayev
    



Xəbərin oxunma sayı : 589




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap