Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycan və Qazaxıstan arasında quyuların qazılması üzrə müqavilə imzalanıb –“KazMunayGas“

Tarix 26.02.21, 20:36

Font ölçüsü : - / +
bitmap-img6


Əsas payı SOCAR-a məxsus olan “Caspian Drilling Company” (CDC) şirkəti və Qazaxıstanın “KazMunayGas” milli şirkətinin törəməsi olan “KMG Drilling & Services” arasında Xəzər dənizinin Azərbaycan sektorundakı “Satti” qurğusu vasitəsilə quyuların qazılmasına dair müqavilə imzalanıb.

Bu barədə “KazMunayGas”ın açıqlamasında deyilir.

Məlumata görə, söhbət SOCAR və BP tərəfindən birgə kəşfiyyat işlərinin aparıldığı ərazidən gedir.

Qeyd edək ki, hazırda BP şirkəti dayazsulu “Abşeron” (SWAP) perspektiv sahədə ilk kəşfiyyat quyusunun qazmasına hazırlaşır. Quyunun qazılmasına 2021-ci ilin II rübündə başlamağa planlaşdırılır.

Xatırladaq ki, sözügedən sahədə qazma işləri Azərbaycana gətirilən Qazaxıstanın “Satti” qazma qurğusundan aparılacaq. Hazırda qurğuda SWAP layihəsi çərçivəsində işlərə başlamaq üçün modifikasiya işləri aparılır.

Ümumiyyətlə, dayazsulu “Abşeron” perspektiv sahəsində qazılacaq 3 kəşfiyyat quyularının dərinliyi 3-4 min metr arasında olacaq, quyular suyun 6-10 metr dərinliyində qazılacaq. SWAP layihəsi üzrə neft ehtiyatlarının olması ehtimal edilir.

Qeyd edək ki, SOCAR və “KazMunayQaz” milli şirkəti arasında 26 yanvar 2019-cu il şəhərində imzalanmış “Qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində, Azərbaycanın qazma operatoru CDC və Qazaxıstanın “KMG Drilling & Services” şirkəti arasında 16 fevral 2019-cu il tarixdə Astana şəhərində “Satti” özüqalxan üzən qazma qurğusunun etibarlı idarəetməyə verilməsinə dair müqavilə imzalanıb. Qurğu Bakıya bu ilin iyununda gətirilib.

Qazma qurğusunun BP və SOCAR-ın birgə istismar etdiyi “Abşeron” (SWAP) strukturunda, eləcə də Xəzər dənizi akvatoriyasında digər layihələrdə əməliyyatlara cəlb edilməsi nəzərdə tutulur.



Xəbərin oxunma sayı : 571




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap