Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Azərbaycan və türk musiqisinin yer almadığı Bakı karaokeləri

Tarix 14.05.19, 16:46

Font ölçüsü : - / +
bitmap-img6


Əyləncə, yoxsa əcnəbi musiqinin təbliğat məkanı? Burada müştərilərin böyük əksəriyyəti gənclərdir, ancaq ahıl yaşda olanlar da gəlir...

Son bir neçə ildə paytaxt Bakıda karaoke-klubların sayı artmağa başlayıb. Hətta kiçik restoranlarda belə karaoke üçün şərait yaradıldığının şahidi oluruq. Beləliklə, karaoke-klublar insanların sevimli musiqili-əyləncəli məkanına çevrilib. Həftə sonunu əyləncəli keçirmək məsələsi gəldikdə, çoxlarının ağlına ilk növbədə karaoke-klublar gəlir

Bəs karaoke nə deməkdir?

Araşdırmalar onu göstərir ki, bu söz yapon dilindən keçib və tərcümədə “kara - boş, oke - orkestr”, beləliklə “boş orkestr” deməkdir. Karaoke ilə insanlar bir növ öz stresslərini atır və yaxud istedadlarını göstərməyə çalışır, özlərini səhnədə oxuyurmuş kimi hiss edirlər.

Bakıda karaoke-klublar təxminən 2000-ci illərdə peyda olmağa başlayıb. Məlumata görə, ilk klubun yaradıcısı Gəncəvi Məmmədov adlı şəxs olub. Karaokeni ilk dəfə Moskvadakı restoranların birində görən bu gənc eyniadlı klubdan Bakıda da açmaq qərarına gəlib. Bundan sonra digər məkanlarda da karaoke-klublar açılmağa başlayır. Bu məkanlar Səməd Vurğun küçəsindəki “Nelson”, Xəqani küçəsindəki “Karaoke-klub” və digərləri idi. Hazırda Bakının müxtəlif yerlərində çoxsaylı karaoke-klublara rast gələ bilirik. Qiymətlərə gəldikdə isə bu, o qədər də baha olmur və məkana, şəraitə görə dəyişir.

İstənilən karaoke-klubda rus və dünya estradasının ən hit olan mahnılarını eşidə bilərik. Lakin təəssüf ki, hələ də paytaxtın çox az sayda karaoke-klubunda Azərbaycan və türk mahnılarının da yer aldığı siyahıya rast gəlmək olur. Səbəbini soruşduqda isə verilən cavab eyni olur - “Klubumuzda hələlik rus və əcnəbi musiqilər var”. Və yaxud digər səbəb kimi klublara daha çox rusdilli insanların gəldiyini əsas gətirirlər.

Beləliklə, hazırda karaoke-klubların vəziyyətini yaxından müşahidə etmək üçün paytaxtın “Fəvvarələr meydanı” ərazisi yaxınlığında yerləşən klubların birində olduq. Kluba daxil olar-olmaz buradakı müştərilərin demək olar ki, böyük əksəriyyətinin 20-30 yaşlarında olduğunu müşahidə etdik. Onlar 2 qrupa bölünürdü - səsi, istedadı olanlar və ümumiyyətlə, səsi olmayan, sadəcə, stress atmaq istəyənlər. Bura çox rahatdır. Hətta oxuya bilməyəndə belə səni heç kəs ələ salmır, əksinə, dəstək olmağa, əylənməyə çalışırlar. Bəzən karaoke əyləncəsi o qədər davam edir ki, bir müddət sonra səsləri tutulur. Bəlkə də çoxları elə düşünür ki, karaoke-klublar təkcə gənclərin sevimli yeridir. Amma yox, bu belə deyil. Klubda olduğumuz müddətdə bir neçə ahıl yaşda olan qadın və kişilərin də karaoke oxuduğunun şahidi olduq. Onlar daha çox nostalji rus mahnılarına, həmçinin Alla Puqaçovanın, Filipp Kirkorovun, Alsunun, Oleq Qazmanovun  yeni mahnıların üstünlük verirdilər. Gənclər isə Beyons, Şakira və digərlərinin hazırkı hit mahnılarını oxumağa cəhd edirdilər.

Qeyd edək ki, getdiyimiz karaoke-klubda hər mahnı üçün 2 manat tələb olunurdu ki, bu da münasib qiymətdir. Çünki mərkəzdəki bəzi karaoke klublarda bu qiymət 2 dəfədən çox ola bilir. Mahnıların sayı 20-ni ötdükdə müəyyən endirimlər də olur. Beləliklə, hər hansı mahnıları oxumaq istədikdə, əvvəlcə stolun üstündəki kiçik ağ vərəqələrə qeyd edir, daha sonra onu ofisiantlara təqdim edirsiz. Ofisiant isə növbədə neçə nəfər olduğunu və sizin hansı vaxtda oxuya biləcəyinizi deyir. Növbə gəlib siz çatdıqda iki mikrofon sizə verilir. Sifariş verdiyiniz mahnıları ya duet, ya da solo şəklində ifa edirsiniz. Ənənəvi olaraq bu klubda da nə yerli, nə də türk mahnıları yox idi. Ofisiantdan bu barədə sual verdikdə aldığımız cavab belə oldu - “Yoxdur da, çünki yerli mahnılara o qədər də maraq yoxdur. Həm yerli mahnıların internetdəki karaokeləri cəlbedici deyil”.

Klubda musiqi ilə yanaşı, spirtli içkilər, müxtəlif qəlyanaltılar da təklif olunur. Onların da qiyməti digər klub və restoranlarla müqayisədə demək olar ki, eynidir.

Klubda olarkən gələn müştərilərin də rəyini öyrənməyə çalışdıq. Müştərilərin birinin dediyinə görə, imkan düşdükcə hər həftənin son günləri bura gəlir: “Biz bankda çalışırıq. İş rejimimiz gərgin olur. Buna görə də kollektimizdən olan dostlarımızla əylənmək üçün bura gəlir, stress atmağa çalışırıq. Buradan çıxandan sonra xeyli stress atdığımızı hiss edirik”.

Digər müştəri isə qeyd etdi ki, nə vaxtsa klassik vokal dərsləri alıb. Lakin sonradan ciddi peşə seçdiyi üçün oxumaqdan uzaq düşüb və “gözünün qurdunu öldürmək üçün” ayda və yaxud iki aydan bir karaoke-klublara gedir: “Burada qiymətlər münasib olduğu üçün adətən bu karaoke-kluba gəlirəm. Nə qədər çox dostla gəlsən, bir o qədər əyləncəli olur. Digər karaoke-klublarda da olmuşam. Təbii ki, dizayn və şəraitinə görə həmin klublarda qiymət bahalıdır. Lakin mahiyyət etibarı ilə hamısı eyni olur. Buna görə də sərfəli haradırsa, ora gedirik. Bəzən dostlarımın arasında rus dilini yaxşı bilməyənlər olur. Gördüyünüz kimi, burada da ancaq rus və xarici dillərdə olan mahnılardır. Həmin dostlarımız bizimlə olanda yalnız bizi alqışlamaqla kifayətlənirlər. Buna görə də  çox yaxşı olardı ki, bütün klublarımızda Azərbaycan və türk mahnıları da siyahıya salınsın. Hər kəsi nəzərə almaq lazımdır”.

Klubdan ayrılmağa hazırlaşırdıq ki, bir səs bizi dayanmağa məcbur etdi. Vokal səsi ilə əcnəbi və rus estradasını böyük peşəkarlıqla oxuyan bir xanım ifası ilə bütün klubda olanları heyran etdi. İfasını bitirdikdə isə hər kəs onu alqışladı. Sonradan məlum oldu ki, xanım opera ifaçısıdır, ara-sıra o da dostları ilə əylənmək üçün karaoke-kluba gəlir.



Xəbərin oxunma sayı : 229




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap