“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 33% artıb – Statistika

Tarix 03.09.19, 19:56

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan və Türkiyə arasında ümumi ticarət dövriyyəsinin həcmi 2 314 467,60 min ABŞ dolları təşkil edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi xəbərə görə, bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 575 014,25 min dollar və ya 33,06% çoxdur. Türkiyənin Azərbaycanın ümumi ticarət dövriyyəsindəki payı 11,18% təşkil edir.

Bu məbləğin 1 498 423,18 min dolları ixracın payına düşür ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 640 817,5 min dollar və ya 74,72% çoxdur. Türkiyənin ixracının Azərbaycanın ümumi ixracdakı payı 12,21% təşkil edir.

Bu ilin 7 ayı ərzində Azərbaycan Türkiyəyə 816 044,42 min dollar həcmində məhsul idxal edib ki, bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 65 803,26 min dollar və ya 7,46% azdır. Türkiyənin idxalının Azərbaycanın ümumi idxaldakı payı 9,68% təşkil edir.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan və Türkiyə arasında ümumi ticarət dövriyyəsinin həcmi 1 739 453,35 min dollar təşkil edib. Bu həcmin 857 605,68 min dolları Azərbaycanın ixracının, 881 847,68 min dolları isə Azərbaycanın idxalının payına düşüb.



Xəbərin oxunma sayı : 556




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap