Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycan XİN-dən Paşinyana cavab:“Yaşayarıq, görərik“

Tarix 09.05.18, 1:31

Font ölçüsü : - / +
bitmap-img6


“Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ilkin bəyanatları cavabdan daha çox böyük suallar doğurur və anlaşılmır”.

“RİA Novosti” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

“Bu nədir? Sadəlövhlükmü, yoxsa mövzu barədə məlumatlı olmamaqmı? Bəlkə də, hamısıdır. Yaşayarıq, görərik”, – XİN rəsmisi əlavə edib.

H.Hacıyev vurğulayıb ki, Ermənistanda Serj Sarqsyan hakimiyyətinə qarşı etirazlar başlayanda rəsmi Bakı Yerevanda proseslərə ayıq başla yanaşan siyasi qüvvənin hakimiyyətə gələcəyinə ümid edirdi: “Hər halda Azərbaycan prosesin başlanğıcında bəyan etmişdi ki, regionda baş verən hadisələrə ayıq qiymət verən və sağlam düşünən bir qüvvənin hakimiyyətə gələcəyinə ümid edir”.  

Xatırladaq ki, mayın 8-də Ermənistanın baş naziri seçilən Nikol Paşinyan Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparmağa hazır olduğunu bəyan edib. Ancaq o, bunun üçün rəsmi Bakının heç vaxt qəbul etməyəcəyi şərt də irəli sürüb. N.Paşinyan deyib ki, Dağlıq Qarabağdakı separatçı rejim də danışıqlarda iştirak etməlidir/Report.



Xəbərin oxunma sayı : 370




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap