Azərbaycanlı müğənni Rusiyadan deportasiya edilib? Dünya liderlərinin 11 ən gözəl xanımı - FOTOLAR Burak və Fahriye söz-söhbətə son qoydular Aygünün “İtkin gəlin”i ilə bağlı oğurluq qalmaqalı
Axtar
 
  • / Maqazin / — 24 Aprel 2017

    Azərbaycanlı müğənni Rusiyadan deportasiya edilib?

  • / / — 23 Aprel 2017

    Dünya liderlərinin 11 ən gözəl xanımı - FOTOLAR

  • / Maqazin / — 22 Aprel 2017

    Burak və Fahriye söz-söhbətə son qoydular

  • / Maqazin / — 19 Aprel 2017

    Aygünün “İtkin gəlin”i ilə bağlı oğurluq qalmaqalı

  • / Maqazin / — 16 Aprel 2017

    “Küçədə şirə satırdım“ - “Anne“nin qəhrəmanı

  • / Maqazin / — 15 Aprel 2017

    “Sevdiyim insan var, amma o, bunu bilmir” - Təranə

Azərbaycan XİN: “Ermənistan tərəfi çirkin təbliğata və dezinformasiyaya əl atlb”

Tarix 30.12.16, 19:21

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Nazirlikdən verilən məlumata görə, son zamanlar Ermənistan tərəfindən Vyana və Sankt-Peterburqda aparılmış danışıqları və münaqişəsinin sülh yolu ilə həlli istiqamətində olan səyləri pozmağa və münaqişənin əhatəsini genişləndirməyə yönəlmiş təxribatların artırılmasına münasibətdə Xarici İşlər Nazirliyi Azərbaycan tərəfinin dərin narahatlığını izhar edir. 

"29 dekabr 2016-cı il tarixində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədini pozaraq, növbəti təxribat əməlini həyata keçirmişdir. Ermənistan silahlı qüvvələrinin bu təxribat əməlinin qarşısı alınmış və Ermənistan kəşfiyyat-diversiya qrupu itki verərək geri çəkilməyə məcbur edilmişdir. Hücumun qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Qurbanov Çingiz həlak olub və onun cəsədi Ermənistan tərəfinə aparılıb.

Ermənistan tərəfi ilkin olaraq cəsədin onlarda olduğunu inkar etsə də, sonradan baş vermiş insidentə görə öz məsuliyyətini gizlətmək və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədilə hadisəni Ermənistanın dövlət sərhədinin pozulması kimi təqdim etməyə cəhd göstərmiş, cəsədin fotolarını sosial şəbəkələrdə yerləşdirməklə mənəvi-etik normaları və insani dəyərləri tapdalayaraq çirkin təbliğata və dezinformasiyaya əl atmışdır.

Ermənistanın təxribat və təhriki ilə baş vermiş aprel döyüşlərində həlak olmuş Azərbaycan hərbi qulluqçularının cəsədlərində də ölümdən sonra həyata keçirilən çoxsaylı işgəncə əlamətləri qeydə alınmış və onların da fotoları Ermənistan tərəfindən KİV və sosial şəbəkələrdə yerləşdirilmişdir. Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusu Mübariz İbrahimovun da cəsədi Ermənistan tərəfindən saxlanılmış, cəsəd üzərində vandalizm əməlləri törədilmiş və yalnız israrlı beynəlxalq təzyiqlər nəticəsində onun cəsədinin bir neçə aydan sonra Azərbaycana qaytarılması təmin olunmuşdur.

Ermənistan Respublikası beynəlxalq humanitar hüquqa məhəl qoymayaraq döyüş əməliyyatlarında həlak olmuş şəxslərin cəsədlərinə qarşı vandalizm aktı törətmək kimi sistematik siyasət yürüdür və onların qaytarılması məsələsini davamlı olaraq siyasi möhtəkirlik obyektinə çevirir. Beynəlxalq humanitar təşkilatların, xüsusilə şəfqət və humanizm prinsiplərinə əsaslanan Beynəlxalq Qırmızı Xaç Komitəsinin hərbi qulluqçu Çingiz Qurbanovun Azərbaycana verilməsi üçün zəruri və təxirəsalınmaz tədbirlər görməsinə ümid edirik.

Sözügedən hadisə ilə əlaqədar Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının Baş katibi Nikolay Bordyuja səlahiyyət həddini aşmaqla, insidentin mahiyyətini təhrif edərək guya onun Ermənistan ərazisində baş verməsi iddiası ilə çıxış edib. Bununla bərabər, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə “dağlıq qarabağ respublikası” kimi müraciət edərək, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin şübhə altına qoyulmasına cəhd edib. KTMT-nin Baş katibi tərəfindən səsləndirilən bu məsuliyyətsiz bəyanat ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqları pozmağa xidmət edir, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəsətəkləyən təşkilatın digər üzv dövlətləri ilə münasibətlərinin təməl prinsiplərinə ziddir. N.Bordyuja əvvəllər də münaqişə ilə əlaqədar qərəzli bəyanatlarla çıxış etmişdir.

Ermənistanın növbəti silahlı toqquşmanı bilavasitə Ermənistan-Azərbaycan sərhədinə keçirmək və Ermənistana xüsusi münasibəti və rəğbəti ilə seçilən N.Bordyuja kimi siyasətçilərdən istifadə etməklə KTMT-ni münaqişəyə cəlb etmək cəhdləri regionda siyasi gərginliyin artmasına xidmət edir və regional sabitlik və təhlükəsizliyə ciddi təhdid doğurur.

N.Bordjyunanın bu məsuliyyətsiz bəyanatını rədd edirik və təşkilata üzv dövlətlər tərəfindən ona qiymət verilməsini gözləyirik.

Azərbaycan Respublikası dəfələrlə bəyan etmişdir ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneədir.

Azərbaycan Respublikası beynəlxalq birliyi Ermənistanı sülhə vadar etməyə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsini tələb etməyə çağırır.



Xəbərin oxunma sayı : 139

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda