Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycan yığması Çexiya millisinə məğlub olub – DÇ-2018

Tarix 06.10.17, 2:37

Font ölçüsü : - / +
bitmap-img6


Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində IX tur matçına çıxıb.

“Report”un məlumatına görə, rəqib Çexiya yığması olub.

Bakı Olimpiya Stadionunda keçirilmiş görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb – 2:1. Meydan sahiblərindən yeganə qolu 55-ci dəqiqədə Əfran İsmayılov vurub. O, Ruslan Qurbanova qarşı kobudluqdan sonra təyin olunmuş penaltini dəqiq yerinə yetirib.

Çexiyanın qollarını isə 35-ci dəqiqədə Yan Kopets, 66-cı dəqiqədə isə Antonin Barak vurub.
Bununla da 10 xalla qalan Azərbaycan millisi C qrupunda 3-cü pillədəki mövqeyini itirərək, ən azı bir pillə enib. Xallarını 12-yə çatdıran Çexiya isə 3-cü pilləyə yüksəlib. Bu gün Norveç San Marinoya qalib gəlsə, Robert Prosineçkinin baş məşqçi olduğu komanda 5-ci pilləyə yuvarlanacaq.

Çexiya ilə oyun kapitan Rəşad Sadıqovun Azərbaycan millisində son matçı olub. Görüşdən əvvəl AFFA prezidenti Rövnəq Abdullayev ona xatirə hədiyyəsi təqdim edib.



Xəbərin oxunma sayı : 118




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap