Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycan yenidən müstəqilliyini qazandıqdan sonra İtaliya ilə çox səmərəli münasibətlər qurub

Tarix 19.10.21, 10:59

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanla İtaliya arasında münasibətlər strateji xarakter daşıyır və iki ölkə arasında əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də humanitar sahədə dinamik inkişaf edir. Azərbaycan və İtaliya münasibətləri hazırda heç zaman olmadığı qədər möhkəmdir. Azərbaycan yenidən müstəqilliyini qazandıqdan sonra İtaliya ilə çox səmərəli münasibətlər qurub və indiyə qədər dövlətlər arasında tərəfdaşlıq böyük inkişaf yolu keçib.

Azərbaycan və İtaliya beynəlxalq müstəvidə də daim bir-birini dəstəkləyib, iki ölkə arasında böyük etimad formalaşıb. 30 ilə qədər davam edən Qarabağ münaqişəsi zamanı da İtaliya beynəlxalq qanunlara əsaslanaraq ədalətli
mövqe nümayiş etdirib. 44 günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın haqlı mövqeyini dəstəklədi. Məhz bu dostluğun nəticəsidir ki, İtaliya işğaldan azad edilmiş ərazilərdə yenidənqurma
işlərinə cəlb edilən ilk ölkələrdəndir. İtaliya Azərbaycanın xarici ticarət dövriyyəsində mühüm yer tutur. Cari ilin yanvar-iyul aylarında Azərbaycanın neft-qaz məhsullarının ixracında İtaliya ilk yerdə qərarlaşıb. Azərbaycanla İtaliya arasında əməkdaşlıq təkcə iqtisadi və siyasi deyil, eyni zamanda, bu əlaqələri daha da möhkəmləndirən güclü humanitar komponent üzrə aparılır. 

Əminik ki, geniş əməkdaşlıq əlaqələrinin məhz bu formada davam etdirilməsi gələcəkdə daha effektiv nəticələr verəcək. Azərbaycanla İtaliya arasında humanitar sahədə əməkdaşlıq xüsusi anlam daşıyır. Bu istiqamətdə
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da misilsiz xidmətləri
vardır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müqəddəs Sebastian katakombaları, Müqəddəs
Marçellinio və Pietro katakombaları bərpa olunub və görülən bu işlərə görə Azərbaycanın Birinci vitse-
prezidentinə böyük minnətdarlıq ifadə olunub.
Əməkdaşlıq çərçivəsində İtaliya universitetinin yaradılması, o cümlədən, İtaliya ilə Azərbaycan
arasında tələbə mübadiləsinin həyata keçirilməsi kimi planlar təhsil sahəsində əlaqələri gücləndirəcək.
Bütün bu işlər Azərbaycan və İtaliya xalqlarının yaxınlaşması, bir-birini daha yaxından tanıması və
gələcəkdə daha geniş tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin qurulması üçün çox vacib addımlardır.
Ümumilikdə, humanitar istiqaməti əsas götürərək, xüsusilə, İtaliya və Azərbaycan arasında turizm,
tələbə mübadiləsi, elm,mədəniyyət sahəsində əməkdaşlıq siyasi və iqtisadi sahələrdə münasibətlərimizin
daha da dərinləşməsinə gətirib çıxara bilər.
Vəli Rəhimov,



Xəbərin oxunma sayı : 334




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap