Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycana 900 mln. dollar kredit ayrılacaq

Tarix 24.04.18, 14:27

Font ölçüsü : - / +
bitmap-img6


2018-2020-ci illərdə Asiya İnkişaf Bankı (AİB) Azərbaycana ümumilikdə kredit proqramı çərçivəsində 900 mln. dollar vəsait ayıracaq.

“APA-Economics” bankın yaydığı məlumata istinadən xəbər verir ki, sərmayə resursları – Asiya İnkişaf Fondu və digər xüsusi fondlar hesabına Azərbaycana ayrılan kreditlər və qrantların ümumi həcmi 2,46 mlrd. dollara bərabərdir.

“2017-ci ilin dekabrında AİB Azərbaycanda iki proqram üçün 650 milyon dollar məbləğində krediti təsdiqləyib. İlk proqram 400 milyon dollar məbləğindəki Dəmir Yolu Sektoru İnkişaf Proqramıdır. İkinci proqram isə 250 milyon dollar məbləğindəki Hökumət və İctimai Sektorun Effektivlik Proqramıdır. Bundan başqa, AİB qeyri-hökumət təşkilatları və özəl sektora da birbaşa kreditlər, kapitala investisiyalar və digər formalarda maliyyə yardımı göstərir. 2017-ci ildə AİB-in öz ehtiyatları hesabına maliyyələşən 29 qeyri-hökumət kreditləşməsi üçün 3,17 mlrd. dollar vəsait ayrılıb. Ümumiyyətlə, 2017-ci ildə 27 tranzaksiya çərçivəsində 2,29 mlrd. dollar vəsait ayrılıb. 2017-ci il dekabrın 31-nə kapital ehtiyatları hesabına qeyri-hökumət təşkilatlarına ayrılan vəsaitin məbləği 10,9 milyard dollar olub,” – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Azərbaycan AİB-ə 1999-cu ildə qoşulub. Bugünədək AİB Azərbaycana kreditlər, qrantlar v texniki yardım formasında 4,61 mlrd. dollar vəsaitin ayrılmasını təsdiqləyib.



Xəbərin oxunma sayı : 292




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap