“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycana gələn turistlərin sayı 10%-ə yaxın artıb – Dövlət Statistika Komitəsi

Tarix 21.10.19, 15:53

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2 418,3 min və ya ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gələnlərin 30%-i Rusiya, 22%-i Gürcüstan, 9,7%-i Türkiyə, 8,2%-i İran, 3,9%-i Səudiyyə Ərəbistanı, 2,1%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,9%-i Hindistan, hər birindən 1,8% olmaqla İraq və Ukrayna, 1,6%-i Türkmənistan, hər birindən 1,5% olmaqla İsrail və Qazaxıstan, 1,4%-i Pakistan, 1,2%-i Böyük Britaniya, 11,3%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 65,9%-ni kişilər, 34,1%-ni isə qadınlar təşkil edib.

Ölkəmizə yanvar-sentyabr aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (96%), Hindistan (70,1%), Misir (66,3%), Çin (63,7% ), Səudiyyə Ərəbistanı (42%), Filippin (39,4%), Macarıstan (34,8%), Polşa (32%), Malayziya (27,3%), Böyük Britaniya (27%), İspaniya (26,7%), Cənubi Koreya (22,4%), Gürcüstan (21,6%) və Almaniya (21,6%) vətəndaşları arasında qeydə alınıb.

Bu ilin yanvar-sentyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 24% artaraq 110,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 8,3% artaraq 880,9 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,9%-i dəmir yolu və avtomobil, 41,3%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.



Xəbərin oxunma sayı : 151




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap