“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycanda 14 topdan satış müəssisəsi bağlandı - SİYAHI

Tarix 10.12.24, 23:06

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda 14 şəhər və rayon üzrə Tam Təsərrüfat Hesablı Topdan Satış Müəssisəsi ləğv olunur.

Ləğv prosesində olan Dövlət Kontrakt Korporasiyası - “Azərkontrakt” ASC-yə məxsus Tam Təsərrüfat Hesablı Topdan Satış Müəssisələri ləğv olunur.

AzFakt.com "iqtisadiyyat.az"-a istinadən xəbər verir ki, bunlar Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri, Sabirabad, Şamaxı, Lənkəran, Yevlax, Abşeron, Ucar, Balakən, Kürdəmir və Göyçay rayonları, eləcə də paytaxtın Suraxanı, Nizami rayonları üzrə Tam Təsərrüfat Hesablı Topdan Satış Ticarət Müəssisələridir.

Sözügedən müəssisələrinin kreditorları iki ay ərzində tələblərini onların yerləşdiyi hüquqi ünvana bildirə bilərlər.

Xatırladaq ki, “Azərkontrakt” Prezident İlham Əliyevin bu ilin oktyabrın 17-də imzaladığı sərəncamla dekabrın 1-də ləğv olunub. Səhmdar cəmiyyətinin daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması sahəsində səlahiyyətlərini Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) həyata keçirəcək.

Baş nazir Əli Əsədovun imzaladığı sərəncamla isə Ləğvetmə Komissiyası yaradılıb.



Xəbərin oxunma sayı : 979




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap