Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycanda 24 qətl, soyğunçuluq və quldurluq...

Tarix 13.03.17, 21:41

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər Azərbaycanda yenə də qətl və soyğunların statistikasında artım müşahidə olunur. Gündəlik kriminal xronikaya nəzər salsaq görərik ki, bu cür xüsusi ağır cinayətlərə demək olar ki, hər gün rast gəlinir. Evlər qarət olunur, oğrular pul və qızıla görə soyduqları evin sahibini öldürməkdən belə çəkinmirlər

Virtualaz.org mart ayının əvvəlindən bu günə kimi kriminal xronikasından xüsusilə ağır cinayətləri cəmləyib və məlum oldu ki, son 12gün ərzində 24 qətl, qarət, soyğunçuluq və quldurluq hadisəsi qeydə alınıb.

 Belə ki, bu gün Bakıda oğul atasını və anasını bıçaqlayıb. Həbsdən 6 ay öncə çıxan 30 yaşlı paytaxt sakini mübahisə zəminində atasını bıçaqlayaraq qətlə yetirib. Ona mane olmaq istəyən anasına isə bıçaq xəsarətləri yetirib. Günün daha bir qətl hadisəsi Ağstafa rayonunda baş verib. Rayonun Köçəsgər kənd sakini ƏIiyev Ayazı 56 yaşlı əmisi qızı bıçaqlayıb.

Martın 12-də Goranboyda qətl hadisəsi törədilib. Rayonun Qaraçinar kəndində Kəlbəcər rayonundan məcburi köçkün olan mübahisə zəminində daş ilə həmyerlisinin başından vuraraq onu qətlə yetirib. 

Martın 11-də İsmayıllı rayonunda taksi sürücüləri arasında baş verən dava zamanı qan tökülüb. Taksi sürücülərindən biri mübahisə zəminində avtomobilindəki baltanı götürərək həmkarının başına zərbələr endirib. Zərərçəkmiş ağır kəllə beyin travması və kəsilmiş-deşilmiş yara ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək cərrahiyyə əməliyyatı olunub.

Martın 10-da Bakıda sərnişin avtobusu qaçırılıb. Binəqədi qəsəbəsi ərazisində qaçırılan “Daewoo” markalı avtobus həmin gün Biləcəri qəsəbəsində yolun kənarındakı maneəyə vurulmuş halda tapılıb. Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini tutulub.

Elə həmin gün daha bir criminal hadisə Xətai rayonunda baş verib. Rayon ərazisindəki evlərdən birindən 10000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı və Cəlilabad rayon sakinləri tutulub.

Martın 9-da Gəncədə bərbərxana qarət olunub. Soyğunçular bərbərxanadan 25000 manat, 25000 rus rublu, 2.000 ABŞ dolları, danışıq kartları, lotoreya uduş biletləri və sənədlər oğurlayıblar.

Həmin gün Lənkəranda baş verən daha bir cinayət hadisəsinin üstü açılıb. Fevralın 15-dən martın 6-dək olan müddətdə Lənkəran şəhəri ərazisindəki 3 həyətyanı sahədən ümumilikdə 84 ev quşu oğurlamaqda şübhəli bilinən şəhər sakinləri tutulublar.

Martın 8-də Bakı metrosunda oğurluq edən şəxs tutulub. Sumqayıt şəhər sakini metronun "Nizami Gəncəvi" stansiyasında qatarda Ağsu rayon sakininin cibindən mobil telefonunu oğurlayıb.

Martın 7-də Sabirabadda qadın bıçaqlanıb. Hadisə rayonun Ətçələr kəndində qeydə alınıb. Rayonun Yastıqobu kənd sakini münaqişə zəminində Ətçələr  kənd sakini olan 22 yaşlı Maral Allahverdiyevanı bıçaqlayıb. Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. 

Martın 6-da polis sərnişini bıçaqla hədələyərək 400 manat pulunu ələ keçirən şəxsi saxlayıb. Əvvəllər dəfələrlə məhkum olunmuş həmin şəxsin digr bu cür cinayətlər törətməsi də istisna olunmur. Həmin gün daha bir cinayət hadisəsi Əmircan qəsəbəsində baş verib.  Qayın bacısını incidən 52 yaşlı kürəkəni bıçaqla qətlə yetirib.

Həmin gün daha bir qətl hadisəsi Xətai rayonu Neapol küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında baş verib. Cəbrayıl rayonundan olan məcburi köçkün,  qonşusu, Ağdam rayonundan olan məcburi köçkünü şişlə öldürüb. Hadisəyə səbəb qonşunun televizor və maqnitofona yüksək səs verməsi və qonşunu narahat etməsi olub.

Martın 5-də Şəmkirdə pul üstündə dostlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib. Rayonun Ələsgərli kənd sakini bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.Onun dostu tərəfindən pul üstündə bıçaqlanıb.

Martın 4-də Binə qəsəbəsində qətl hadisəsi qeydə alınıb. Qəsəbə sakini öz nişanlısını və onun bacısını bıçaqlayıb. Nəticədə nişanlısı aldığı xəsarətlərdən hadisə yerində ölüb, bacısı isə xəstəxanaya yerləşdirilib.

Həmin gün Gəncə, Lənkəran və Sumqayıtda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar. Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən martın 1-də Bakı şəhər sakininə məxsus mağazadan 800 manat pul, 40 kiloqram ət və 2 ədəd tərəzi oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş şəxslər tutulub.

Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə fevralın 4-də rayon sakini İlham Məmmədova məxsus yardımçı təsərrüfatdan 5 baş inək oğurlamaqda şübhəli bilinən Mahrızlı kənd sakini saxlanılıb.

Oğurluq etməkdə şübhəli bilinən daha bir şəxs isə Gəncədə tutulub. Onun şəhər sakinləri olan 6 nəfərin çantalarından ümumilikdə 258 manat pul və sənəd oğurlaması da müəyyən edilib.

Lənkəranda isə şəhər sakinlərinin evlərindən 800 manat dəyərində elektrik naqili və su mühərriki oğurlamaqda şübhəli bilinən Veravul kənd sakini tutulub. 

Martın 3-də Bakıda adam oğurluğu ilə məşğul olan şəxslər tutulub. Onlar 2500 manat borca görə paytaxt sakini Sənan Abbasovu oğurlayaraq kirayə tutduqları evdə saxlayıblar.

Həmin gün Bakıda evlərdən oğurluq edən şəxslər tutulub. Onların Suraxanı rayonu ərazisində yanvarın 12-dən fevralın 1-dək olan müddətdə 6 evdən, 3 avtomobildən və 1 mağazadan pul, akkumulyator, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib. 

Bundan başqa Xəzər rayonunda bu il yanvarın 29-dan fevralın 1-dək olan müddətdə 9 evdən pul, qızıl, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini tutulub.

Martın 1-də Şəmkir rayonunda soyğunçuluq hadisəsinin üstü açılıb. Rayon sakinləri ticarət mərkəzlərindən birində əvvəllər işləyən Təzəkənd kənd sakini Gülsüm Məmmədovaya zor tətbiq edib içərisində 50 manat olan pul kisəsini alıblar.



Xəbərin oxunma sayı : 124




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap