Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycanda 32 rayon üzrə 51 aqropark yaradılır - NAZİR

Tarix 01.10.21, 18:02

Font ölçüsü : - / +
bitmap-img6


"Hazırda Azərbaycanın 32 rayonu üzrə 240 min hektar ərazidə ümumi dəyəri 2,1 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir".

AzFakt.com İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "Aqroparkların kənd təsərrüfatının inkişafındakı rolu” mövzusunda tədbirdə bildirib.

Artıq 43 aqroparkın fəaliyyətə başladığını deyən nazir, digərlərində isə layihələndirmə işlərinin aparıldığını qeyd edib: 

“Aqroparkların təşkilinə dövlət dəstəyi göstərilir, infrastruktur təminatı yaradılır, güzəştli kreditlər verilir. Belə ki, 23 aqroparkın yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu 173 milyon manat güzəştli kredit, Nazirlik isə 27 aqroparka 1 milyard manatlıq investisiya təşviqi sənədi verib. İnvestisiya təşviqi sənədi almış 25 aqroparka texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə bir çox təsdiqedici sənədlər verilib və bu təsdiqedici sənədlər üzrə həmin aqroparklar 32,8 milyon manat dəyərində güzəşt əldə edib. Bu günədək aqroparklara 1 milyard manatdan çox özəl investisiya qoyulub”.

Onun sözləırinə görə, aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayır: 

“İndiyə qədər aqroparklarda ümumi olaraq 5 000-ə qədər insan daimi, 4 500-dən çox insan isə mövsümü işlə təmin olunub. Fəaliyyətdə olan və təşkil ediləcək aqroparklarda əlavə 4 300-dən çox iş yerinin yaradılması nəzərdə tutulur”.



Xəbərin oxunma sayı : 871




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap