Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycanda 41 siyasi partiya ləğv oluna bilər

Tarix 01.11.17, 21:09

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda 41 siyasi partiyanın dövlət qeydiyyatı ləğv oluna bilər.

Axar.az xəbər verir ki, dövlət qeydiyyatı ləğv olunma ehtimal olan partiyalar arasında Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiysı, Müasir Müsavat Partiyası, Azərbaycan Kommunist Partiyası, Liberal Demokrat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Gələcək Azərbaycan Partiyası, Azərbaycan Demokrat Partiyası kimi siyasi qurumlar da var.

Ölkədə dövlət qeydiyyatına alınan 55 siyasi partiya var ki, onlarda 45-i Mərkəzi Seçki Komissiyasına 2016-cı il üzrə maliyyə hesabatını təqdim ediblər. Bu partiyalardan 31-nin hesabatı boş olub. Yəni, onların fəaliyyətsiz olduğu göstərilib. Məlum olub ki, dövlət qeydiyyatına alınmış 10 siyasi partiya ümumiyyətlə hesabat təqdim etməyib. 31 partiyanın isə hesabatı boş kağızdan ibarət olub.

Ölkədə fəaliyyət göstərən 55 siyasi partiyadan yalnız 14-ü həqiqətən maliyyə hesabatı təqdim ediblər. Bunlar - Yeni Azərbaycan Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Böyük Quruluş Partiyası, Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vəhdət Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Ümid Partiyası, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası, Aydınlar Partiyası və Ədalət Partiyasıdır.



Xəbərin oxunma sayı : 292




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap