Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycanda 55 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb – Dövlət Komitəsindən açıqlama

Tarix 05.08.19, 12:55

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac sentyabrın 3-də keçiriləcək.

Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, hərraca 55 dövlət əmlakı çıxarılıb.

Onların arasında səhmdar cəmiyyətlərin dövlətə məxsus səhm paketləri, eləcə də nəqliyyat vasitələri var.

Elan edilən hərraca çıxarılan səhmdar cəmiyyətləri Yevlax, İsmayıllı, Goranboyda yerləşir.

Sərmayəçilər “Biləsuvar Broyler”, “Ağdaş Quşçuluq”, “Zərdab Aqrotexservis” kimi dövlət müəssisələrinin 30% ilə 45% arasında olan səhm paketlərinin özəlləşməsinə qoşula bilər. Hərraca çıxarılan səhmdar cəmiyyətlərindən biri Qax şəhəri, Ü.Hacıbəyov küçəsindəki “Qax Taxıl” dövlət müəssisəsidir. Taxıl məhsullarının tədarükü, emalı və satışı üzrə fəaliyyət göstərən müəssisənin torpaq sahəsi 84,9 min kv.m, tikili sahəsi isə 22.6 min kv.m-dir. Səhmdar cəmiyyətinin ərazisində idarə binası, yeməkxana, qarğıdalı quruducu sexləri, çörək sexi, un dəyirmanı, müxtəlif təyinatlı anbarlar və digər tikililər mövcuddur.

Avtomobil sahibi olmaq istəyənlərin budəfəki hərracda geniş seçim imkanları var. Belə ki, buraxılış tarixi 2006-2008 olan VAZ, QAZ və “Hyundai” markalı nəqliyyat vasitələri hərraca çıxarılıb.

Özəlləşməyə çıxarılan dövlət əmlakları üzrə hərracda iştirak etmək istəyənlər komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. /APA




Xəbərin oxunma sayı : 367




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap