“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır - QİYMƏT

Tarix 15.09.25, 10:35

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan dilinin düzgün yazılış qaydalarını təbliğ edən və sosial şəbəkələrdə populyarlıq qazanmış "Grammar Azi" layihəsi satışa çıxarılıb.

Valyuta.az xəbər verir ki, satışa həm "Facebook", həm də "Instagram" səhifələri təklif olunur. 

"Facebook"dakı "Grammar Azi" səhifəsi 15 min manata, "Instagram"dakı səhifə isə 3 min manata təklif olunur.

Qeyd edək ki, layihə 2016-cı il oktyabrın 24-də yaradılıb. "Grammar Azi" səhifəsinin qurucusu Murad Hüseynovdur. Hazırda səhifənin "Instagram"da 18,5 min, "Facebook"da isə 69 min 659 izləyicisi mövcuddur. Layihənin əsas məqsədi gündəlik həyatda işlədilən ifadələrin və mediada yayımlanan xəbərlərin Azərbaycan dilinin orfoqrafiya qaydalarına uyğun formada təqdim edilməsidir.

Satışla bağlı paylaşım izləyicilər arasında geniş müzakirəyə səbəb olub. Bir qrup istifadəçi layihənin Azərbaycanda bu formatda yeganə platforma olduğunu vurğulayaraq onun satılmasının doğru olmadığını qeyd edib. Onların fikrincə, səhifəni alacaq şəxsin Azərbaycan dilinə yüksək səviyyədə bələd olması əsas şərtlərdəndir. Digər izləyicilər isə təklif olunan qiymətlərin olduqca yüksək olduğunu bildiriblər.



Xəbərin oxunma sayı : 775




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap