Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycanda çiyələkdən zəhərlənmə halları artıb - Baş toksikoloq

Tarix 16.05.22, 19:12

Font ölçüsü : - / +
bitmap-img6


Aprel və may aylarında qida zəhərlənmələri ilə əlaqədar müraciətlər artır. Müraciət edənlərin əksəriyyəti qarpız və çiyələkdən zəhərlənənlərdir.
Mütəxəssislərin dediyinə görə, zəhərlənmələr həmin meyvələrin yetişdirilməsi zamanı güclü kimyəvi maddələrdən, pestisidlərdən nitrat tərkibli gübrələrdən çox istifadə edildiyi üçün baş verir. Vaxtında xəstəxanaya müraciət edilməyəndə zəhərlənmə ölümlə nəticələnə bilər.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudovun verdiyi məlumata görə, aprel-may aylarında qida zəhərlənməsi ilə əlaqədar 30-dan çox müraciət olub:

Açıklama yok.

“Onların əsas hissəsi qarpız və çiyələkdən zəhərlənmə ilə əlaqədardır. Lakin çiyələkdən zəhərlənmə halları çoxluq təşkil edir. Çiyələyin tərkibində nitratların çoxluğu qida zəhərlənməsinə səbəb olur. Ürəkbulanma, qusma, ishal və bədən hərarətinin yüksəlməsi ilə müşahidə olunur”.

Toksikoloq onu da qeyd edib ki, şəxsi qida infeksiyası aşkar olunanda mütləq həkim nəzarəti altında klinikada müayinələrdən keçməli, qida infeksiyasına qarşı zərdablar vurulmalıdır ki, uzun müddətli fəsadlar yaranmasın. Həmçinin ilk növbədə mədə-bağırsağın yuyulması üçün çoxlu miqdarda sodalı su içmək, bağırsağın təmizlənməsi üçün hər 10 kiloqram bədən çəkisinə bir tablet olmaqla kömür dərman vasitəsini əzib onu 1 stəkan suya qatıb içmək lazımdır. Ancaq zəhərlənmə artıq inkişaf edibsə, onu ev şəraitində müalicə etmək məsləhət deyil, çünki ağırlaşmalar daha da kəskinləşə bilər.(azertac.az)



Xəbərin oxunma sayı : 691




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap