Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycanda şok: Biznesmen itlərinə toy etdi - Video, Fotolar

Tarix 24.04.17, 16:17

Font ölçüsü : - / +
bitmap-img6


Böyük şirkətin rəhbəri olan biznesmenin bacısı isə müxalifətin mitinqinə qatılaraq “dolana bilmirəm” deyir.

Azərbaycanda şok hadisə baş verib. 

Goranboy rayonunda yaşayan tanınmış biznesmen Mustafayev Qalib Hidayət oğlu Amon və İsida adlı cins itlərində toy edib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, toy məclisi bu yaxınlarda Goranboy rayonunda həmin iş adamına məxsus “Qalib Group” MMC-nin zavodunun həyətində baş tutub. Məclisdə çoxlu qonaqlar olub.

Onların arasında vaxtilə keçmiş MTN-in Zaqatala və Goranboy rayon şöbələrinin rəisi işləmiş, “Turba Əli” kimi tanınan şəxs də olub. İş adamı itlərin toyuna qonaqları xüsusi dəvətnamə ilə çağırıb.

İş adamı əqli qüsurlu şəxsi də məclisə çağıraraq qonaqlarla birlikdə onu ələ salıb, itlərin şərəfinə sağlıq dedizdirib və onunla şit zarafatlar edərək əyləniblər. İş adamı itlərinə plov və kabab bişirtdirib. Həmin yeməklərdən qonaqlar da yeyib.

Məclisdə iştirak edən digər qonaqlar da itlərin şəninə sağlıq deyib onlara xoşbəxtlik arzulayıblar.

Məclisi aşıq idarə edib və saz və balabanla mahnılar səslənib, itlərin sağlığına xoş sözlər deyilib.

Qeyd edək ki, Qalib Mustafayevin qardaşı Xaliq Mustafayev də biznesmendir və xaricdən Azərbayana elektronika malları gətizdirir.

Qalib Mustafayev həmçinin, “Evalar”, ”Regular”, “Supermax” firmalarının rəhbəridir. Bu firmaların hamısı “Qalib Group” MMC-nin tərkibindədir. Onun “Bentley” və “Jeep Wrangler” markalı maşınlara sahib olduğu bildirilir. Oğlunun və qızının da bahalı “Porshce”, “Mercedes” və “Jeep” markalı maşınları var.

Qalib Mustafayev itlərinə toy edib pul xərclədiyi bir vaxtda onun bacısı Mustafayeva Nüşabə Hidayət qızı müxalifətin mitinqlərində iştirak edərək dolanışığının aşağı səviyyədə olmasından gileylənib. O, 35 il müəllimə işlədiyini və indi aldığı pensiyanın az olduğunu deyib.








Xəbərin oxunma sayı : 289




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap