Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycanda avtomobillər kəskin bahalaşdı

Tarix 25.05.18, 1:39

Font ölçüsü : - / +
bitmap-img6


“May ayında Bakının avtomobil bazarında orta qiymət 27106 manat təşkil edib. Aprel ayı ilə müqayisədə qiymətlər 19 faiz artıb”


Bunu "MBA Group” konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib.

O bildirib ki, ay ərzində ümumilikdə 1572 avtomobil satışa çıxarılıb:

"Aprel ayı ilə müqayisədə avtomobil bazarında təkliflər portfeli 22,5 faiz azalıb. Satışa çıxarılan avtomobillərin 88,2 faizi benzin mühərrikli avtomobillər olub”. 

Ekspertin sözlərinə görə, bu kateqoriyalı avtomobillərin orta qiyməti 26 394 manat təşkil edib.

Dizel mühərrikli avtomobillər bazarın 11,8 faizinə bərabər olub. Orta qiymət isə 32 409 manat təşkil edib:

"Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 67,6 faiz, orta qiyməti 35 543 manat, mexaniki sürət qutusu olan avtomobillərin payı 32,4 faiz, orta qiymət 9 725 manat təşkil edib”.

N.İbrahimov deyib ki, hesabat dövründə bazardakı avtomobillərin orta yürüş göstəricisi 181,78 min kilometr olub. Bu göstərici ötən ayla müqayisədə 3,2 faiz azdır. Avtomobillərin orta yaşı isə 11,3 il təşkil edib. (qaynarinfo)



Xəbərin oxunma sayı : 433




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap