“Məni bitirdin...” – Nəsrin hamamda 42 yaşlı Gülşən transparan geyimdə - Fotolar Pərvin çimərlik geyimində - FOTO Səmra şərab içdi, sonra da... – Açıq-saçıq fotolar
Axtar
 
  • / Maqazin / — 23 Avqust 2019

    “Məni bitirdin...” – Nəsrin hamamda

  • / Maqazin / — 13 Avqust 2019

    42 yaşlı Gülşən transparan geyimdə - Fotolar

  • / Maqazin / — 11 Avqust 2019

    Pərvin çimərlik geyimində - FOTO

  • / Maqazin / — 05 Avqust 2019

    Səmra şərab içdi, sonra da... – Açıq-saçıq fotolar

  • / Maqazin / — 29 İyul 2019

    Afaq bu alt paltarında POZA verdi - Fotolar

  • / Maqazin / — 29 İyul 2019

    Rəqsanənin qızından EHTİRASLI rəqs- VİDEO

Azərbaycanda bəzi vəzifələr ləğv olunmalıdır! - Millət vəkilindən təklif

Tarix 24.07.19, 16:59

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi Fransanın fəaliyyət və dövlət hesabları naziri Jerald Darmanən 2022-ci ilə qədər 15 min dövlət məmuru vəzifəsinin 

Bəs görəsən, Azərbaycanda da belə bir islahata ehtiyac varmı? 

Mövzu ilə bağlı "Yeni Sabah"a açıqlama verən millət vəkili Fazil Mustafa Azərbaycanda buna çoxdan ehtiyac olduğunu bildirib:

“Bizdə ştatlar daha çoxdur. Dövlət büdcəsindən maliyyələşən artıq, lazımsız strukturlar var ki, bir-birlərini təkrar edir. Bu hal açığı heç ürəkaçan deyil. Çox güman ki, bizdə də islahatlar prosesində məsələyə baxıla bilər”. 

Onun fikrincə, ölkəmizdə bütün sahələrdə ixtisara getmək mümkündür:

“Mən konkret deyə bilmərəm ki, hansı qurumlar, vəzifələr ixtisar olunmalıdır. Mənim öz mülahizəm, hökumətin öz mülahizəsi var. Amma adicə Konstitusiyada nəzərdə tutulan və tutulmayan qurumlar var. Postların sayı da həddindən artıq çoxdur”. 

Millət vəkili bununla bağlı addımlar atıldığını da qeyd edib:

“Bir sıra qurumlar ilin əvvəlində ləğv olundu. Amma bütövlükdə onların yerinə yeniləri yarandı. Əvəzolunma prinsipi bizdə daha çox üstünlük təşkil etməyə başladı. Yəni birbaşa dövlət büdcəsindən maliyyələşməyən, öz hesabından maliyyələşən qurumlara çevrildilər. Bunun özü də müəyyən dərəcədə müsbət haldır. Amma bütövlükdə bu yetərli deyil. Daha da geniş şəkildə bunu həyata keçirmək olar”.

Fazil Mustafa islahat olacağı təqdirdə işsizliyin artacağını düşünür:

“Belə bir proses gedərsə, məmurları başqa sahədə işlə təmin etmək lazım olacaq. Məsələn, Fransa kimi ölkələrdə alternativ olaraq özəl sektor yetərincə inkişaf edib, ixtisaslaşmış imkana sahibdir, maaşlar da yüksəkdir. Bizdə özəl sektorun kifayət qədər inkişaf etmədiyinə görə buradan çıxanlar işsizlər ordusuna qatılır. Ona görə də bunları düşünməliyik. Orada çətinliklərin öhdəsindən gəlmək olur, bizdə isə bu çox ağırdır”. 



Xəbərin oxunma sayı : 358

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda