Futbolçunun arvadı dərin dekolteli paltarda - Foto Günay təkzib etdi: “Sevgilimi bıçaqlamamışam“ Əməkdar artist: ““Eurovision”da ən yadda qalan onların çıxışı idi” – VİDEO Son 2 ildə Xalq artistlərinin təqaüdü 50%, müharibə əlillərinin təqaüdü 10% artıb - RƏSMİ
Axtar
 
  • / Maqazin / — 24 May 2019

    Futbolçunun arvadı dərin dekolteli paltarda - Foto

  • / Maqazin / — 22 May 2019

    Günay təkzib etdi: “Sevgilimi bıçaqlamamışam“

  • / Maqazin / — 19 May 2019

    Əməkdar artist: ““Eurovision”da ən yadda qalan onların çıxışı idi” – VİDEO

  • / Maqazin / — 19 May 2019

    Son 2 ildə Xalq artistlərinin təqaüdü 50%, müharibə əlillərinin təqaüdü 10% artıb - RƏSMİ

  • / Maqazin / — 19 May 2019

    Arvadı Eserdən yeni villa istəyir

  • / Maqazin / — 18 May 2019

    Tacir Şahmalıoğludan efirdə ŞOK SÖZLƏR: “Tellinin hər yerini yeyərəm“ - VİDEO

Azərbaycanda bu il 218 qızılcaya yoluxma halı təsdiqlənib - Ümumdünya Səhiyyə Təşkilatı

Tarix 24.04.19, 15:27

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanla qonşu olan Gürcüstan Avropa regionunda qızılcanın ən çox yayıldığı 5 ölkədən biridir. Bu, bizi narahat edir, buna görə tədbirlərimizi daha da gücləndirməliyik.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisinin mütəxəssisi Cəvahir Süleymanova deyib.

Onun sözlərinə görə, 2018-ci ildə 47 ölkədə 83 540 yoluxma halı baş verib: “Ötən il Avropa regionunda ən yüksək göstərici Ukraynada olub. Burada qızılcaya 39 902 yoluxma halı qeydə alınıb. Yaşı 30 və 30-dan çox olanlar qızılcaya daha çox yoluxublar. 2019-cu ildə Avropa regionunda 42 ölkədə 34 300 yoluxma halı baş verib. Ən yüksək rəqəm bu il də 25 319 hal olmaqla, Ukraynada qeydə alınıb”.

C.Süleymanova əlavə edib ki, Azərbaycanda qızılcaya qarşı peyvəndlə əhatə səviyyəsi yüksək olsa da, burada da alovlanma baş verib: “Amma Azərbaycanda bu rəqəm o qədər də yüksək deyil. Azərbaycanda 2018-ci ildə 71, 2019-cu ildə 218 yoluxma halı təsdiqlənib”.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib ki, Azərbaycanda ötən ilin sonunda qızılca xəstəliyi gətirilmə hallar nəticəsində qeydə alınıb: “Qızılcaya yoluxma halları azalıb, amma insanlar bilməlidirlər ki, xəstəlik hələ tam bitməyib”.

A.Əliyevanın sözlərinə görə, Azərbaycanda tələb olunan həcmdə vaksin ehtiyatı var: “Ehtiyac olduğu zaman tələb olunan rayon və şəhərlərə əlavə vaksin ehtiyatı göndərilə bilər”.



Xəbərin oxunma sayı : 574

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda