|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Azərbaycanda bu qış çörək qıt ola bilər - Təhlükə
Tarix 13.09.18, 13:26 |
|
Dünya taxıl bazarında ciddi təlatümlər qeydə alınmaqdadır. BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) proqnozuna görə, dünya taxıl istehsalı bu il ötən illə müqayisədə 2,4 faiz azalaraq 2 milyard 587 milyon ton təşkil edəcək. Bu, ötən ilki istehsaldan 64,5 milyon ton aşağı göstəricidir. Eyni zamanda bu, son üç illik dövrün də ən aşağı istehsalıdır. Dünyada builki buğda istehsalı öz növbəsində 1,9 faiz və ya 14 milyon ton azalaraq 2013-cü ildən bəri ən aşağı həddə düşəcək və 772 milyon ton təşkil edəcək.
İstehsalın belə azalmasına səbəb Avropa Birliyi ərazisində qeydə alınan güclü quraqlıqdır. Məsələn, Skandinaviya ölkələrində istehsal 9 milyon ton azalaraq 138 milyon tona düşüb ki, bu, 2012-ci ildən bəri ən aşağı göstəricidir. Yaxud taxıl ixracatçısı kimi tanınan Almaniyanın bu il ixracatı tamam dayandıracağı, hətta idxala məcbur qalacağı gözlənilir. Bu, son 30 ildə görünməmiş nəticədir.
Əlverişsiz hava şəraiti üzündən Avstraliyada da istehsal azalıb. Dünyada taxılın əsas ixracatçılarından olan ABŞ və Argentinada isə əksinə, məhsul əvvəlki ildən xeyli bol olub. Lakin bu, dünya üzrə ümumi azalmanın qarşısını ala bilməyib.
Analitiklər hesab edirlər ki, ötən illərin ehtiyatları mənfi nəticələri yumşaltmağa yardım edəcək. Lakin məsələ burasındadır ki, ehtiyatların böyük bir qismi Çinin əlindədir. Çin isə hazırda ABŞ-la böyük ticarət müharibəsi aparır. Bu müharibə üzündən ölkə daxilində taxıl və buğdanın çatdırılmasında ciddi problemlər yaranıb. ABŞ-dan buğda idxalına 25 faizlik əlavə rüsum tətbiq edən Çin hökuməti daxili istehsalın azalması nəticəsində çətinliklə üzləşib. Belə ki, bu ilin 7 ayında bu ölkədə buğda istehsalı 18,36 milyon ton azalaraq 37 milyon ton təşkil edib. Buna həm Çin fermerlərinin buğda altında olan sahələrdə başqa bitkilər becərməsi, həm də ölkədə müşahidə olunan quraqlıq səbəb olub. Eyni zamanda burada ötən illərdən əlində toplanan ehtiyatların sərf olunmasına şərait yaratmaq istəyən dövlətin təşviqinin də xeyli rol oynadığı bildirilir. Belə ki, hazırda Çində taxılın dövlət ehtiyatının həcmi 126,8 milyon ton təşkil edir. Bu, ölkənin illik 100 milyon ton təşkil edən istehlakından da çoxdur. Ehtiyatların çoxluğuna baxmayaraq, ABŞ-dan idxalın və yerli istehsalın azalması Çin daxilində taxıl və buğdanın qiymətinin artacağına dair təşvişləri artırıb. Bazarda yaranan təşviş hökuməti də ciddi narahat etməkdədir: son həftələrdə rəsmi mətbuat Çinin ABŞ-la ticarət müharibəsində qalib gəlməyə yetərincə gücünün olduğunu isbatlamağa yönəlik yazılarla dolub-daşır.
Dünya taxıl ehtiyatlarının daha bir böyük sahibi Rusiyadır ki, bu ölkənin də spekulyasiyalara meylli olması bazarda vəziyyəti gərginləşdirə bilər. Dünya taxıl bazarının daha bir iri oyunçusu olan Ukrayna ixracatı azaltmaqla daxili ərzaq təhlükəsizliyini gücləndirmək niyyətindədir.
Bütün baş verənlər isə dünya bazarında buğdanın qiymətinin artmasına gətirib çıxarıb. Çikaqo birjasında buğda fyuçreslərinin qiyməti son üç ildə ən yüksək səviyyəyə sıçrayıb - 5,5 dollar/buşel.
Analitiklər hesab edirlər ki, taxıl istehsalının azalması dünya bazarında əsas oyunçuların mövqelərinin dəyişməsinə gətirib çıxara bilər. Belə ki, bol məhsul əldə edən ABŞ bazarın böyük hissəsini ələ keçirməyi bacarar.
Yerli istehsal və tələbat
Bu il Azərbaycanda 2 milyon 820 min ton taxıl istehsal olunub. Bu, ötən illə müqayisədə 2 faiz çoxdur. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bunun 1 milyon 844 min tonu buğdadır.
Qeyd edək ki, Azərbaycanda taxıl ehtiyatı Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu tərəfindən formalaşdırılır. Rəsmi məlumata görə, ötən il Azərbaycanda 1 ton buğdanın Taxıl Fonduna qəbulu üçün qiymət 270-280 manat arasında dəyişib. Bu il isə Taxıl Fonduna tədarük elanında qiymət 300 manat təyin olunub.
Fond yalnız beynəlxalq normalara və standartlara uyğun olan məhsulları qəbul edir. Azərbaycanda istehsal olunan buğdanın böyük əksəriyyəti isə bu normalara cavab vermir. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondunun rəhbəri Zülfüqar Məmmədovun mətbuata verdiyi açıqlamaya görə, ərzaq səbətinin tərkibinə əsasən adambaşına 186 kiloqram ərzaqlıq buğda tələb olunur. Bu hesabla, ölkənin buğdaya olan illik tələbatı 1 milyon 800 min ton ətrafında dəyişir.
Fond rəhbərinin dediyinə görə, ötən il yerli fermerlərin istehsal etdiyi 1 milyon 854 min ton buğda daha çox onların öz tələbatlarına hesablanıb: “Ötən ilin noyabrına kimi Azərbaycanda 58 min ton çörək bişirilməsi üçün şərti yararlı, 4-cü sinif buğda istehsal olunub. Mart ayına qədər bu rəqəm 100 min tona çatıb”.
Fond ötən il fermerlərdən cəmi 58 min ton buğda qəbul edib. Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən Taxıl Fonduna ildə 750 min ton ehtiyat taxıl tədarük olunmalıdır. Yuxarıdakı rəqəmlərdən aydın olur ki, bu həcmin çox cüzi bir hissəsi yerli istehsal hesabına təmin olunur və Fond hər il 650-700 min tona yaxın buğdanı xaricdən alır.
Xaricdən demişkən, son illərdə Azərbaycana buğda idxalında ağırlıq Qazaxıstandan Rusiyaya keçib. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə Azərbaycan Qazaxıstandan 233,6 milyon dollarlıq buğda idxal edib. 2017-ci ildə isə idxal 20 dəfədən də çox azalaraq cəmi 11,6 milyon dollar təşkil edib. Həcm ifadəsində isə idxal 849 min tondan 62,3 min tona qədər azalıb.
Rusiyadan isə 2013-cü ildən 557,4 min ton olan idxal 2016-cı ildə 1,5 milyon tona çatıb. Bu prosesi şirkətlər Rusiyada qiymətin daha ucuz olması ilə əsaslandırırlar. Belə ki, məsələn, 2016-ci ildə Rusiyadan buğdanın kiloqramı 18 qəpiyə, Qazaxıstandan isə 20 qəpiyə alınıb.
Ümumilikdə Azərbaycan ötən il xaricdən 1 milyon 274,4 min ton buğda və meslin idxal edib, buna 227 milyon 267,8 min dollar xərc çəkilib. Bu ilin altı ayında idxal 538 min 781,21 ton təşkil edib. İdxala çəkilən xərc isə 94 milyon 841,17 min dollar olub. Bu idxalın 90 faizdən çoxu Rusiyadan baş tutub.
Azərbaycanın taxıl aldığı ölkələrdə bu il istehsal azalıb. Ən çox buğda aldığımız Rusiyada cari ildə taxıl və buğda istehsalında xeyli azalma gözlənilir. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin xarici xidmətinin (USDA) proqnozlarına görə, bu il Rusiyada buğda istehsalı ötənilkinə nisbətən 18 milyon ton azalaraq 67 milyon ton təşkil edəcək. Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin proqnozu isə bundan daha bədbindir - istehsalın 64,4 milyon ton olacağı gözlənilir. Buna əlverişsiz hava şəraiti üzündən məhsuldarlığın ötən ilə nisbətən 19 faiz aşağı düşməsi səbəb olacaq.
Qeyd edək ki, ötən il şimal qonşumuz 135,4 milyon ton taxıl, o cümlədən 85,9 milyon ton buğda toplayıb. İstehsal olunan buğdanın 52,4 milyon tonu xaricə satılıb. Bu il isə cəmi 105 milyon ton taxıl istehsalı gözlənilir ki, bunun da 30 milyon tonunun ixraca gedəcəyi nəzərdə tutulur.
USDA-nın proqnozuna görə, taxıl ala biləcəyimiz Ukraynada bu il ötənilkindən 1,5 milyon ton az - 25,5 milyon ton buğda istehsal olunacaq. Ötən il bu ölkə ümumilikdə 62 milyon tona yaxın taxıl istehsal edib ki, onun da 45,7 milyon tonunu ixraca yönəldib.
USDA-nın məlumatına görə, Azərbaycanın taxıl üçün üz tuta biləcəyi daha bir ölkədə - Qazaxıstanda da bu mövsüm buğda istehsalı 100 min ton azalaraq 14,8 milyon tona düşüb. Bu zaman ixraca yönəldiləcək məhsul 8 milyon ton təşkil edəcək. Buna səbəb kimi buğda əkinlərinin sahəsinin azalması göstərilir. Bildirilir ki, Qazaxıstanda getdikcə daha çox fermer buğda deyil, daha gəlirli bitkilərin becərilməsinə üstünlük verirlər.
Beləliklə, dünya və regional taxıl bazarında vəziyyət biz istehlakçıların heç də sevindirəcək deyil. Xüsusilə regional bazarda qiymətlərin yüksəlməsi bu qış Azərbaycanda da çörək və unun bahalaşması ehtimallarını yaradır.
“Yeni Müsavat”
Xəbərin oxunma sayı : 703
İqtisadiyyat
Xəbərlər
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
TOP 10
ARXİV