Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycanda ciddi maliyyə kəsiri aşkarlandı: Əsas vəsaitdə kəskin azalma

Tarix 18.08.21, 13:00

Font ölçüsü : - / +
bitmap-img6


2021-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7059,3 milyon manat məbləğində vəsait yönəldilib.

AzFakt.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı aylıq hesabatda göstərilib.

Sənədə əsasən bu göstərici 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz az olub. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 10,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 13,4 faiz azalıb.

Ümumi sərmayənin 4883,0 milyon manatı və ya 69,2 faizi məhsul istehsalı sahələrinə, 1639,0 milyon manatı (23,2 faizi) xidmət sahələrinə, 537,3 milyon manatı (7,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. 

Əsas kapitala yönəldilmiş vəsaitlərin 35,4 faizi dövlət, 64,6 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 68,0 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. 4463,7 milyon manatını və ya 63,2 faizini daxili vəsaitlər təşkil edib. 

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 63,2 faizini təşkil edib. 

Əsas kapitala yönəldilmiş vəsaitdə müəssisə və təşkilatların vəsaitləri 4258,1 milyon manat, büdcə vəsaitləri 1385,1 milyon manat, sair vəsaitlər 498,0 milyon manat, əhalinin şəxsi vəsaitləri 495,8 milyon manat, bank kreditləri 422,3 milyon manat olub.

2021-ci ilin yanvar-iyul aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 54,4 faizi sənaye, 19,4 faizi tikinti sektorlarına yönəldilib. Bunun 13,7 faizi nəqliyyat və anbar təsərrüfatına sərf edilib. 

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektorlarına yönəldillən əsas vəsaitin həcmi 3,0 faiz təşkil edib.

Ümumi vəsaitin 2,3 faizi peşə, elmi və texniki fəaliyyətlərinə, 1,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmirinə yönəldilib. 

Həmçinin, hər birində 1,2 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, təhsil, 0,8 faizi informasiya və rabitə, hər birində 0,4 faiz olmaqla əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,2 faizi maliyyə və sığorta fəaliyyəti, hər birində 0,1 faiz olmaqla istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.




Xəbərin oxunma sayı : 529




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap